Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-559/2025 02.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Sumqayıt Regional İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Sumqayıt Regional İdarəsinin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixində ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizədə Şəxs barəsində tərtib edilmiş protokolun geri qaytarılmasını xahiş etmişdir. Həmçinin, məhkəmə iclasında iştirak edən Nümayəndə ərizəsinə uyğun çıxış edərək protokolun geri qaytarılmasını xahiş edir. Məhkəmə protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Sumqayıt Regional İdarəsinin nümayəndəsi Nümayəndə ərizəsini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Ərizənin təmin edilməsi qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106-119-cu maddələrini rəhbər tutaraq rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Sumqayıt Regional İdarəsinə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-559/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-559/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver