Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-560/2022 21.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, yataqxana 7, Nərimanov küçəsi, məhəllə 14 qeydiyyatda olan və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Ceyranbatan bağlar yaşayış massivindəki fərdi evdə yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə 02.02.2022-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510-cu maddəsi ilə 21 fevral 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, X5 07.01.2022-ci il tarixdə keçmiş arvadı Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən İcra və Probasiya şöbəsində küçə söyüşləri ilə söyərək təhqir etmişdir. İXM-nin 111.1-ci maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X7 tərtib etdiyi inzibati protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, 2016-cı ildə Şəxs ilə rəsmi ailə həyatı qurmuş, birgə nigahdan Məryəm adlı övladları olmuşdur. Bir müddətdən sonra 2018-ci ildə ailədaxili münasibətləri soyuduğundan və kəskinləşdiyindən o, Cavanşirdən boşanmaq qərarına gəlmiş və Sumqayıt Şəhər Məhkəməsinə boşanmaqla bağlı müraciət etmiş, boşandıqdan sonra, Cavanşirə uşağa görə 158,00 manat aliment ödəməli olması barədə qətnamə qəbul edilmişdir. Bundan sonra isə Cavanşir ondan uşaqla görüşməyini tələb etmişdir. 07.01.2022-ci il tarixdə saat 11:20 radələrində Cavanşir və anası Tamillə Sumqayıt şəhəri üzrə İcra idarəsinə gəlmişdir. Tamellə icrasının dəyişmək istədiyini deyərkən icracının dəyişməsinə ehtiyac yoxdur, onsuzda alimentdən imtina edəcəyini deyərkən, aralarında mübahisə düşmüş, həmin vaxtı Cavanşir onun və valideynlərinin ünvanına əxlaqsız küçə söyüşləri söyməyə başlamış, daha sonra Cavanşir onun sifətinə tüpürdü, həmin vaxtı otaqda olan köməkçi qız onları otaqdan çəxartmışdır o da Cavanşir barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Qeyd olunanlara əsasən X5 barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünü təqsirli bilərək izahatında göstərdi ki, 2016-cı ildə Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuşlar. Birgə nigahdan Məryəm adlı övladları olmuşdur. Onlar boşandıqdan sonra münasibətləri daha da kəskinləşmişdir. O, uşağını görmək istəsə də Sevinc uşağı onunla görüşməyə imkan verməmişdir. 07.02.2022-ci il tarixdə anası Tamilla ilə Sumqayıt şəhər İcra şöbəsinə getmişdir ki, icracı X4 görüşü təşkil etsin, otağa girən zaman Sevincin orada olduğunu görmüşdür. Sevinc onları görən kimi ona söz atmağa və təhqirli sözlər deməyə başlamışdır. O da, əsəbləşib Sevinci küçə söyüşləri ilə təhqir etmiş və Sevincin ədəbsiz danışığıa görə onun sifətinə tüpürmüş və otaqdan çıxmışdır. Törətdiyi əməldən peşman olaraq məhkəməyə yazılı ərizəsini təqdim edədərk bildirmişdir ki, Zərərçəkmiş şəxs bir daha söyüb təhqir etməyəcək, onu və ailəsini bir daha narahat etmiyəcək. Qeyd olunanlara əsasən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və sahə müvəkkilinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, X3 İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 02.02.2022ci il tarixli qərarınd qeyd olunmuşdur ki, baş vermiş münaqişə zamanı ictimai qayda kobud surətdə pozulmamış, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol verilməmiş, özgənin əmlakı zədələnməmiş, mübahisə Sumqayıt şəhəri. 9-cu əvvəlki məhkəmənin inzibati binasında yerləşən İcra və Probasiya şöbəsində Şəxs və Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində baş verməklə qısa müddət ərzində bitmişdir. Baş vermiş mübahisədə tərəflərin əməllərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin yəni, xuliqanlıq cinayətinin tərkib əlamətləri yoxdur. Eyni zamanda mübahisə zamanı Şəxs ucadan küçə söyüşləri söyərək ictimai qaydanı pozması əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət təqibi rədd edilməli, lakin Şəxs əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulan "xırda xuliqanlıq" inzibati xətanın tərkib əlamətləri olduğuna görə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 peşmançılığını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş X5 barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100,00 (yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-560/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-560/2022
21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver