Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-560/2024 18.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 YPX inspektoru, polis baş serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs - Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsi ilə inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 YPX inspektoru, polis baş serjantı X3 tərəfindən xx.xx.2024-cü il tarixli, AP seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:10 radələrində Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsində hərəkətdə olan zaman işıq cihazından düzgün istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı spirtli içki qəbul edib avtomobili idarə etdiyi məlum olmuşdur. Bununla da Talıbov X1n Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 333.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 YPX inspektoru, polis baş serjantı X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 22:10 radələrində Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsində xidmətdə olan zaman Opel Astra markalı avtomaşın işıq cihazından düzgün istifadə etmədiyi üçün tərəfindən saxlanılmış, alkotest müayinəsi zamanı avtomobili sərxoş halda idarə etdiyi məlum olmuş, avtomobil duracağa yerləşdirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünü təqsirli bilmir, xx.xx.2024-cü il tarixdə qohumunun toyunda olan zaman işlə əlaqədar Saray qəsəbəsinə bacısıgilə getmiş və bir müddət sonra geri qayıtmışdır. Geri qayıdan zaman Daş Bazarı deyilən ərazidə Sumqayıt DYPŞnin əməkdaşları tərəfindən reyd keçirilmiş, onun idarə etdiyi avtomobil YPX əməkdaşları tərəfindən saxlanılmış, sənədləri yoxlanılmış və yoluna davam etmişdir. Şadlıq evinin qarşısına çatan zaman avtomobilinin işıqlarını söndürmüş, bu zaman Sumqayıt DYPŞ-nin YPX əməkdaşı onu saxlamış və işıq cihazından düzgün istifadə etmədiyini bildirmişdir. O, YPX əməkdaşına həmin qayda pozuntusu barədə protokol tərtib etməsini və cəriməni ödəyəcəyini bildirmişdir. YPX əməkdaşı ondan şübhələndiyi üçün patrul avtomobilindən alkotest gətirmiş və onu müayinədən keçirmişdir. Bu zaman alkotest 8,077 promil göstərmişdir. O, YPX əməkdaşlarına spirtli içki qəbul etmədiyini, ancaq energetik içki olan “QO” içdiyini bildirmişdir. Alkotestin nəticəsi ilə razılaşmadığı üçün YPX əməkdaşları onun həkim müayinəsindən keçirəcəklərini bildirərək onun avtomobilini sürüb aparmışlar. Yolda YPX əməkdaşı ona avtomobili duracağa yerləşdirəcəyini və sonra həkim müayinəsindən keçiriləcəyini demişdir. Avtomobil duracağa yerləşdirildikdən sonra YPX əməkdaşları çıxıb getmiş, o isə duracaqda qalmışdır. O, taksi sifariş edərək Sumqayıt şəhər RND-nə getmiş, həkim müayinəsindən keçmiş və sərxoş olmadığı müəyyən olunaraq 722 nömrəli, xx.xx.2024-cü il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı verilmişdir. Bütün bunları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə deyil, işıq cihazından düzgün istifadə etmədiyi üçün cərimə olunmağını məhkəmədən xahiş etdi. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi xx.xx.2024-cü il tarixli alkotest qəbzi ilə öz təsdiqini tapır. Alkotestr qəbzinə görə Şəxs müayinə vaxtı (xx.xx.2024-cü il, saat 22:10-da) 8,077 promil sərxoşluq vəziyyəti aşkarlanmışdır. İş materiallarında olan Sumqayıt şəhər RND tərəfindən tərtib olunmuş 722 nömrəli, xx.xx.2024-cü il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Şəxs (xx.xx.2024-cü il, saat 23:47-də) sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, iki fərqli Tibbi Aktın mövcud olması və həmin rəylərdən hansının daha mötəbər hesab edilməsinə aydınlıq gətirilməsi barədə dəlillərə gəldikdə birinci müayinədən bir saat yarım müddət keçməsi mümkünlüyünü nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxsin ikinci dəfə həkim müayinəsindən keçməklə sərxoşluq vəziyyətinin olmaması barədə əldə etdiyi rəy həqiqəti əks etdirmir. Talıbov X1n Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran və yüngülləşdirən halın olmamasını nəzərə alır və hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi xx.xx.2024-cü il tarixli alkotest qəbzi ilə öz təsdiqini tapmışdır. Ona görə də, inzibati tənbehin məqsədinə nail olmaq üçün ona inzibati cərimə növündə tənbeh tətbiq edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Talıbov X1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-560/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-560/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver