Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-561/2021 24.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyilə, şikayət vermiş şəxs X8 iştirakı ilə, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair 16.01.2021-ci il tarixli, TP ******* nömrəli qərardan X15 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X15 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş 16.01.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X15 şikayətində göstərmişdir ki, Sumqayıt şəhər DYPŞ yol patrul xidməti inspektoru, polis serjantı X9 16.01.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə o, Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200,00 manat məbləğində cərimə olunmuşdur. O, sözü gedən inzibati xətanı törətməmişdir. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozmamışdır. Lakin, buna baxmayaraq o, cərimə olunmuşdur. O, bununla razı deyil və onun əməlində inzibati xəta tərkibi olmamışdır. Barəsində tərtib olunmuş qərar qanunun tələbinə ziddir və əsassızdır. Ona görə də həmin qərar ləğv olunmalıdır. Həmçinin o, İİ Qarabağ müharibəsinin iştirakçısıdır. İnzibati tənbeh vermə haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 10.02.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Şikayətə baxılması 19 fevral 2021-ci il tarixə təyin olunmuş, lakin işə baxılarkən şikayət vermiş şəxs və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən işin baxılmas 24 fevral 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi məhkəməyə gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X15 izahatında şikayətinə uğun izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, 16.01.2021-ci il tarixdə o, evdən çıxmasına dair sms əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini göndərmiş və qeyd olunan şəxsiyyət vəsiqəsinin nömrəsi üzrə ona xüsusi karantin vaxtı evdən çıxmasına dair icazə verilmişdir. Sumqayıt şəhər DYPŞ yol patrul xidməti inspektoru, polis serjantı X16 16.01.2021-ci il tarixdə onu saxlamış yoxlama zamanı müəyyən olunmuşdur ki, o, SMS icazə alarkən şəxsiyyət vəsiqəsinin nömrəsində bir rəqəm səhv yazaraq naməlum şəxsin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi üzrə icazə almışdır. Lakin o, bunun texniki səhv olduğunu bildirsə də, Sumqayıt şəhər DYPŞ yol patrul xidməti inspektoru, polis serjantı 16.01.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə onu Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200,00 manat məbləğində cərimə etmişdir. Şikayət vermiş şəxs qeyd olunanların nəzərə alınmasını və şikayətin təmin olunmasını məhkəmədən şikayət ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisəli qərardan görünür ki, X15 barəsində 16.01.2021-ci il tarixdə İXP3730161 saylı inzibati xəta haqqında protokola əsasən 16.01.2021-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq 200,00 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AZE 16319389 saylı Azərbaycan Respublikası vətandaşının şəxsiyyət vəsiqəsi 26.12.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş X11 məxsusdur. Şəxsiyyət vəsiqəsi 26.12.2026-cı il tarixədək etibarlıdır. Azərbaycan Respublikası Prezidenti Yaninda Vətandaşlara Xidmət və Sosial İnavasiyalar üzrə X2 X7 Mərkəzi və X10 birgə ərsəyə gətirdiyi 8103 SMS icazə sistemi vasitəsilə Xüsusi Karantin Rejiminin X1 müəyyən olunmuş qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Evdən çıxmalarına dair sms əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər. İcazələrin məqsədinə dair 3 kod təyin edilib. 1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir. 2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçündür. (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 nömrəli kod yaxın qohumun dəfnində iştirak üçündür. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər". Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, evdən çıxmalarına dair sms əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər. X15 evdən çıxmasına dair sms əldə etmək üçün SMS icazə alarkən texniki səhv olaraq şəxsiyyət vəsiqəsinin nömrəsində bir rəqəm səhv yazaraq SMS-lə 8103 qısa nömrəsinə göndərmiş və qeyd olunan şəxsiyyət vəsiqəsinin nömrəsi üzrə icazə verilmişdir. Belə ki, Xüsusi Karantin Rejiminin Tətbiqi X4 istifadəsində olan mobil nömrəsinə naməlum şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsi üzrə icazə verilmiş, lakin həmin vaxt X14 məxsus AZE 16319389 şəxsiyyət vəsiqəsinin nömrəsi üzrə 16.01.2021-ci il tarixdə saat 15:13-də X11 Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı evdən çıxmasına dair icazə verilməmişdir. Sumqayıt şəhər DYPŞ yol patrul xidməti inspektoru, polis serjantı X16 tərəfindən X15 barəsində çıxarılmış 16.01.2021-ci il tarixdə İXP3730161 saylı inzibati xəta haqqında protokola əsasən 16.01.2021-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunvericiliyin tələblərinə uyğundur və X8 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta haqqında 16.01.2021-ci il tarixdə İXP3730161 saylı inzibati xəta haqqında protokola əsasən 16.01.2021-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X15 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-561/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-561/2021
24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver