Məhkəmə qərarları › İş №3(060)-562/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-562/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-562/2022 21.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 iştirakı ilə, 25.01.1973-cü ildə Qubadlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu, Qubadlı şəhəri ünvanında qeydiyyatda olan, ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən 21.02.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-428/2021 saylı, 16.06.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs zəbt etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətininə məxsus, ünvan 3 ünvanında yerləşən iki mərtəbəsən ibarət, 1-ci mərtəbəsinin sahəsi 23.2 kv.m, ikinci mərtəbəsinin sahəsi 27.3 kv.m, olan Ç tikilisindən özünəməxsus əşyalarla birlikdı çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətininə təhvil verilməsi qət edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qeyri-yaşayış sahəsini boşaltmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-428/2021 saylı, 16.06.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs zəbt etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətininə məxsus, ünvan 3 ünvanında yerləşən iki mərtəbəsən ibarət, 1-ci mərtəbəsinin sahəsi 23.2 kv.m, ikinci mərtəbəsinin sahəsi 27.3 kv.m, olan Ç tikilisindən özünəməxsus əşyalarla birlikdı çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətininə təhvil verilməsi qət edilmişdir. 07 fevral 2020-ci il tarxdə icra hərəkətlərinin edilməsi üçün əraziyə getmiş, orada borclunun qardaşı Novruz, onun arvadı və qızının yaşadığı müəyyən edilmiş və onlar icra sənədi üzrə qeyd olunmuş ərazdən çıxmaqdan imtina etmişlər. Bununla bağlı tərəflərin iştirakı ilə akt tərtib olunaraq imzanlanmışdır. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o qeyri-yaşayış sahəsindən çıxmasına dair icra vərəqinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, özü və qardaşları Azərbaycan Respublikasının ərazi bütövlüyü uyğunda geden döyüşlərin iştirakçılarıdır. Özü İ və İİ Qarabağ müharibəsində iştirak etmişdir. Eyni zamanda həmin ünvanda yaşayan qardaşı X3 İ Qarabağ müharibəsində yaralanaraq İİ qrup əlil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-428/2021 saylı, 16.06.2021-ci il tarixli icra vərəqəsində qeyd edilən yerdə müharibə dövründə 2-ci qrup əlil olmuş qardaşı öz ailəsi ilə birlikdə yaşayır. 2019-cu ildə İlham adlı şəxsdən həmin yerin alınmasına görə 9800 manat pul vermişlər, lakin sonrada məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən iki mərtəbəsən ibarət, 1-ci mərtəbəsinin sahəsi 23.2 kv.m, ikinci mərtəbəsinin sahəsi 27.3 kv.m, olan Ç tikili "xxxx" Açıq Səhmdar Cəmiyyətininə məxsusdur və məhkəmə qərarına əsasən həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətininə təhvil verilməlidr. Lakin o ümumiyyətlə qeyd olunan ünvanda yaşamır və həmin ünvanda onun qardaşı öz ailəsi ilə birlikdə yaşayır. Belə olan halda onun icra sənədini icra etməməsi və məsuliyyətə cəlb olunması əsassızdır. Buna görə də, əməlində inzibati xəta olmadığı üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil Fizuli qızı bildirdi ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, onun hərəkətlərində inzibati xəta tərkibi olmaması əsası ilə icraata xitam verilməlidir. Tələbkar məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-428/2021 saylı, 16.06.2021-cu il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs zəbt etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətininə məxsus, ünvan 3 ünvanında yerləşən iki mərtəbəsən ibarət, 1-ci mərtəbəsinin sahəsi 23.2 kv.m, ikinci mərtəbəsinin sahəsi 27.3 kv.m, olan Ç tikilisindən ğzünəməxsus əşyalarla birlikdı çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətininə təhvil verilməsi qət edilmişdir. İşin araşdırılan hallarından görünür ki, cavabdeh Şəxs zəbt etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətininə məxsus, ünvan 3 ünvanında yerləşən iki mərtəbəsən ibarət, 1-ci mərtəbəsinin sahəsi 23.2 kv.m, ikinci mərtəbəsinin sahəsi 27.3 kv.m, olan Ç tikilisindən özünəməxsus əşyalarla birlikdə çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətininə təhvil verilməsi qət edilmişdir. İcra məmurunun tərtib etdiyi aktdan görünür ki, həmin ünvanda borclu Şəxs yaşamır, borclunun qardaşı ailəsi ilə birlikdə yaşayır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxsnın hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətanın tərkibinin yaranması üçün ilk növbədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyanına diqqət yetirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Hazırki icra sənədi üzrə borclu barəsində inzibati protokol tərtib olunub ondan ötrü ki, borclu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməmişdir. Yəni, ünvan 3 ünvanında yerləşən iki mərtəbəsən ibarət, 1-ci mərtəbəsinin sahəsi 23.2 kv.m, ikinci mərtəbəsinin sahəsi 27.3 kv.m, olan Ç tikilisindən özünəməxsus əşyalarla birlikdə çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətininə təhvil verilməmişdir. Lakin, işin mübahisəssiz hallarında göründüyü kimi, borclunun həmin ünvanda əşyası yoxdur və o, həmin ünvanda yaşamır, orada qardaşı ailəsi ilə birlikdə yaşayır. Daha aydın ifadə etsək, icra sənədini qərəzli icra edilməməsi, yəni borculunun, öz qardaşına həmin ərazinin boşaldılması üçün təsir imkanları ehtimal əsasında qurulmuşdur. Lakin özü-özülüyündə belə vəziyyət tələbkarın hüquqularını pozmamalı, hüququdan sui-istafadəyə yolverilməməlidir. İcra sənədi üzrə borclu və aidiyyəti şəxlərin çıxarılması üçün icra məmuru tərəfindən məcburi icra tədbirlərinin həyata keçirilməsi qaydasını qanunvericilik birbaşa tənzimləmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 72.1-ci maddəsinə əsasən işə baxan məhkəmə işin hallarından asılı olaraq yaşayış və ya qeyri-yaşayış sahəsinin boşaldılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq müddət müəyyən edə bilər. 72.2. Bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. 72.5. Çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İcra məmuru çıxarılma zamanı, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar