Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-563/2021 10.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı müəyyən etdi: Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin YNHÜİ polis kapitanı Niyaməddin Həsənov tərəfindən 17 yanvar 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə AP seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, sürücü Sumqayıt şəhəri, Sahil küçəsində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayaraq qarşıda dayanmış “Toyota Camry minik” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşma nəticəsində avtomobilə maddi ziyan dəymiş və həmçinin sərnişin bədən xəsarəti almışdır. Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim olunsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə təqdim olunmamışdır. Bununla da məhkəməyə təqdim edilən materialların natamam olduğu müəyyən olunmuşdur. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tərtib olunmuş AP seriyalı ******* №li inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana- Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinə geri qaytarılsın. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-563/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-563/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver