Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-565/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 10.11.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X6 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Abşeron Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 10.11.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt şəhər Məhkəməsinə 11.02.2021ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Abşeron Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X6 izahatında bildirdi ki, Abşeron rayon Polis İdarəsinin rəis müavini Polis X1 tərəfindən 10.10.2020-ci il tarixli, MN ******* saylı “İnzibati Tənbeh vermə haqqında” qərar qəbul edilmiş, qərara əsasən AR İXM-nin 157-ci maddəsinə əsasən 300 (üç yüz) manat cərimə edilmişdir. Barəsində tərtib edilmiş qərarla razılaşmır. Belə ki, o, keçmiş həyat yoldaşı olan Kazımova (Bayramova) Ədilə Rövşən qızını döyməmiş və ona qarşı heç bir qanuna zidd hərəkət etməmişdir. Hesab edir ki, barəsində Abşeron rayon Polis İdarəsinin rəis müavni Polis X1 tərəfindən tərtib edilmiş 10.10.2020-ci il tarixli, MN ******* saylı “İnzibati Tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə yeni qərar qəbul edilməlidir. İş materiallarına əlavə olunmuş 10.11.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 16.10.2020-ci il tarixdə Saray qəsəbəsi ərazisində mübahisə zamanı İsmət Bayramov keçmiş həyat yoldaşı Ədilə Bayramovanı döymüşdür. İş materiallarında olan 03 noyabr 2020-ci il tarixli qərardan görünür ki, X6 barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Həmin qərardan görünür ki, Abşeron rayonu, Suray qəsəbəsi, M.Ələkbərov küçəsi ev 38-də yaşayan X5 16.10.2020-ci il tarixdə DİN-in e1029 xidməti zəng mərkəzinə müraciət edərək, 16.10.2020-ci il tarixdə yaşadığı evdə keçmiş həyat yoldaşı X6. tərəfindən döyülməsi barədə məlumat vermiş, həmçinin eyni məzmunlu şikayət ərizəsi ilə Abşeron RPİ-nə nə müraciət etmişdir. İzahat alınmış X5 bildirmişdir ki, barəsində şikayət etdiyi X6 ilə 2011-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan bir övladı olmuşdur. Münasibətləri əvvəllər yaxşı olsa da sonradan pisləşdiyi üçün 2018-ci ilin oktyabr ayında Sumqayıt məhkəməsinin qararı ilə rəsmi qaydada ayrılmışlar. O, İsmətdən ayrıldıqdan sonra ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsində yaşamağa başlamışdır. Lakin İsmət ondan al çəkməmiş və mütamadi olaraq onun yaşadığı evə gələrək ünvanına nalayiq ifadələr işlətmişdir. Sonuncu dəfə 16.10.2020-ci il tarixdə yaşadıqları evdə olan zaman İsmət gəlmiş yə azyaşlı övladını özü ilə aparmaq istəmiş, lakin sonuncunun əlində məhkəmə qərarı olmadığına görə o, İsmətin uşağı aparmasına icazə verməmişdir. Buna görə də onlar arasında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı İsmət əlləri ilə onun sinə nahiyyəsindən tutub bir neçə dəfə divara vurmuş, sonra isə sinə nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi endirmişdir. Hamin vaxt o, polisə şikayət edəcəyini dediyi üçün İsmət oradan çıxıb getmişdir. Buna görə də o, DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. O, əlavə olaraq əri Elsevərlə aralarında yaranmış mübahisənin 5-10 dəqiqə davam etdiyini, həmin vaxt orada anası Kifayət Kazımovanın olduğunu bildirmiş, həmçinin həmin vaxt İsmətə qarşı hər hansı bir formada müqavimət göstərmədiyini də qeyd etmişdir. İzahatı alınmış X3 da eyni məzmunlu izahat verərək qızı X2 izahatında göstərdiyi xüsusatları bir daha təsdiq və təkrar etmişdir. Məhkəmə-tibbi ekspertizasının 27.10.2020-il tarixli 2209 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər — təpə nahiyəsinin hematoması küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 16.10 2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materilları ilə tam sübuta yetirildiyindən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Abşeron Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 10.11.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X4 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X6 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Abşeron Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 10.11.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Abşeron Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 10.11.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət təmin olunmasın. Abşeron Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 10.11.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-565/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-565/2021
01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver