Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-565/2022 21.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, xx.xx.1966-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Aşağı Güzlək kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, məhəllə 15, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən 21.02.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində MN ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-114/2018 saylı, 26.02.2018-ci il tarixli icra sənədinə əsasən 06.08.2010-cu il təvəllüdlü Elgün, 13.12.2011 təvəllüdlü Ərgün və 02.05.2013 təvəllüdlü Dilşən adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs hər ay bir uşaq üçün 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq İbayeva lalə Fərhad qızına ödənilməlidir. Hazırda 4000 manat aliment borcu yaranmışdır. Borclu yaranmış borcları ödəməkdən qərəzli şəkildə boyun qaçırır. İş materiallarına əlavə edilmiş 21.02.2022-ci il tarixli Şəxs tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış ərizədən müəyyən olunur ki, Şəxs 2019-cu il dekabr ayından Məşğulluq İdarəsinin Sumqayıt Şəhər filialına işə düzəlmək üçün müraciət etməsinə baxmayaraq bu günə kimi ona heç bir iş təklifi gəlməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər üzrə İcra idarəsinə geri qaytarılmalıdır. Belə ki, borclunun ərizəsindən və iş materiallarından onun Dövlət Məşğulluq Xidmətində qeydiyyatdan keçdiyi müəyyən olunsa da, Məşğulluq İdarəsi tərəfindən Z.Abdulovun hər hansı bir iş ilə təmin edilib-edilməməsi Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən araşdırılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində məhkəməyə təqdim edilmiş sənədlər natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 17.02.2022ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra idarəsinə geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-565/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-565/2022
21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver