Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-569/2022 22.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Pİ-nin Dövlət X4nin YNHİ polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və müdafiəçi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə 17.02.2022-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs oğlu nəqiyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi Mercedes E220 markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobili 16.02.2022-ci il tarixdə, saat 19:25 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində yolun sağında saxlayıb qabaq sol qapını yolun hərəkət hissəsinə doğru açaraq arxa solundan düzünə hərəkətdə olan “TOYOTA” markalı ** MN *** olan avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Bununla da o Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahat verərək göstərdi ki, Şəxs oğlu 16.02.2022-ci il tarixdə, saat 19:25 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində “MERCEDES” markalı avtomobili yolun sağında saxlayıb qabaq sol qapını yolun hərəkət hissəsinə doğru açaraq arxa solundan düzünə hərəkətdə olan “TOYOTA” markalı ** MN *** olan avtomobilin qabaq sol hissəsiylə toqquşmuşdur. Yoxlama zamanı məlum olmuşdur ki, sürücünün etibarnaməsi və sürücülük vəsiqəsi olmamışdır. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan ilə idarə etdiyi qardaşına məxsus olan Mercedes markalı avtomobili yolun sağında saxlayaraq qabaq sol qapını bir açmışdır ki, arxa düzünə hərəkətdə olan “TOYOTA” markalı ** MN *** olan avtomobilin qabaq sol hissəsiylə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs izahatından görünür ki, ona məxsus olan “TOYOTA” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomaşınla 16.02.2022-ci il tarixdə saat 19:25 radələrində Sumqayıt şəhəri S.Vurğun küçəsində sol zolaqda hərəkətdə olan zaman qarşıda yolun sağında dayanan “MERCEDES” maşınının sürücüsü qabal qol qapını yolun hərəkət hissəsinə anidən açaraq onun avtomobilinin qabaq sol hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Dövlət X4 tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi mövcud deyildir. Beləliklə, Şəxs əməli iş materiallarında olan 17.02.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatı, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görədörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin AR İXM-in 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin AR İXM-in 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayın şəhər İcra İdarəsinə həvalə edilsin. Şəxs oğluna göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-569/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-569/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver