Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-57/2024 08.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1993-cü ildə, Cəbrayıl rayonu, Maralyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Cəbrayıl rayonu, Maralyan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi tərtib edilmiş, Sumqayıt şəhər Polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon, 7 saylı binanın blokunda X1 və sifət nahiyəsinə əli ilə vuraraq xəsarət yetirib. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən X6 barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 08 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-in 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon, 7 saylı binanın blokunda X1 və sifət nahiyəsinə əli ilə vuraraq xəsarət yetirib. Bu barədə Könül Əliyevanın şikayəti əsasında 1ci Polis bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Həmin qərarda Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkibi yarandığı göstərilib. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X8 onun qonşusudur. Dəfələrlə anası Fərhadova Səfurə ilə Könül arasında münaqişə olub. O, xarici ölkədə yaşayır. Sonuncu dəfə xx.xx.2023-cü ildə gecə saatlarında evə gəlib. Onlar ertəsi gün anası ilə evdə olarkən səhər mənzilin qapısına nəyinsə çırpıldığını eşidiblər. O, qapıya çaxanda görüb ki, Könül anasının yuyub pilləkənin üstünə qoyduğu ayaqaltını qapılarına çırpıb. Həmin vaxt anası ilə Könül arasında münaqişə yaranıb və onlar bir-birinə hücum ediblər. O, həmin şəxsləri ayıraraq Könülü qollarından tutub və mənzilinə apararaq qapıdan içəri salıb. Həmin vaxt o, Könülə heç bir xəsarət yetirməyib. Qeyd edilənlərə əsasən Şəxs inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, Ruslan və onun anası onların qonşularıdır. Dəfələrlə aralarında narazılıqlar olub. xx.xx.2023-cü il tarixində Səfurənin ayaqaltını pilləkənin əl tutulan yerinə asdığını görüb. Bununla bağlı ona irad bildirib. Bu zaman Səfurə ona hücum çəkib və qolundan və boğazından yapışaraq ona xəsarət yetirib. Həmin vaxt Ruslan gəlib onun qolunu buraraq onu kobud şəkildə dartıb və mənzilinin içinə salıb. Bu vaxt mənzilin qapısının tutuacağı da qırılıb. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş MTE-nin xx.xx.2023-cü il tarixli, 1556 saylı ekspert rəyinə əsasən X4 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol alt çənə qövsünün, sağ saidin, sol saidin qançırı. Eyni zamnda müəyyən edilmişdir ki, X6 barəsində eyni hadisə ilə bağlı İXM-in 157ci maddəsi ilə 06 dekabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2881/2023 saylı, 06 dekabr 2023-cü il tarixli qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan inzibati xəta haqıqnda protokol, ekspert rəyi, zərərçəkmişin izahatı ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-in 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-in 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-in 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-57/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-57/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver