Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-570/2021 25.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair ünvan 1qayıt şəhər polis idarəsi Dövlət X4ndən daxil olmuş inzibati xəta haqqında materiala ünvan 1qayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: ünvan 1qayıt şəhər polis idarəsi Dövlət X3 İTÜBİ polis kapitanı Asəf Mustafayev tərəfindən 16 sentyabr 2020-ci il tarixində Şəxs (bundan sonra mətndə Şəxs MTK) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İnzibati Xətalar Məcəlləsi) 347-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı ******* №li protokol tərtib edilmişdir ona görə ki, “Mercedes-Benz 350 minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən, hüquqi ünvanı ünvan 1qayıt şəhəri, 5-ci mikrorayon, ev 23, mənzil 50 olan Şəxs MTK hüquqi şəxsin mülkiyyətində və yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı fiziki şəxs haqqında məlumatın 5 gün ərzində verilməsini təmin etməmişdir. ünvan 1qayıt şəhər polis idarəsi Dövlət X4 tərəfindən Şəxs MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar baxılması üçün ünvan 1qayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 28.09.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və ünvan 1qayıt Şəhər Məhkəməsinin 3(060)-1805/2020 saylı 13 oktyabr 2020-ci il tarixli qərarı ilə Şəxs MTK İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300,00 manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və ünvan 1qayıt Apelyasiya Məhkəməsinin 3(105)-52/2021 saylı 27 yanvar 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş və ünvan 1qayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 3(060)-1805/2020 saylı qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün 12 fevral 2021-ci il tarixdə ünvan 1qayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 25 fevral 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş ünvan 1qayıt şəhər polis idarəsi Dövlət X3 nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, ünvan 1qayıt şəhər polis idarəsi Dövlət X4 tərəfindən Şəxs MTK-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan MMX-dan görünür ki, 16.05.2020-ci il tarixdə saat 12:31-də Sabunçu rayonu Olimpiya Stadionu yaxınlığı Hava Limanı 3 istiqamətində “Mercedes- Benz 350 minik” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda müəyyən edilmiş hərəkət sürətini 15km/saat həddində aşmışdır. Protokola əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs MTK-yə məxsus “Mercedes- Benz 350 minik” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili yolda müəyyən edilmiş hərəkət sürətini 15km/saat həddində aşdığına görə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı həmin avtomobili idarə etmiş fiziki şəxs barəsində məlumat istənilsə də Şəxs MTK tərəfindən ünvan 1qayıt Şəhər Pİ-nin DYPŞ-yə məlumat verilməmişdir. Bununla da, Şəxs MTK İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında materiallara əlavə olunmuş “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”nin surətindən görünür ki, inzibati xəta haqqında bildirişi hüquqi ünvanı ünvan 1qayıt şəhəri, 5-ci mikrorayon, ev 23, mənzil 50 olan Şəxs MTK-ya göndərilmiş və 28.07.2020-ci il tarixdə (soyadı, adı və ata adı) qeyd olunmadan imza atılmaqla qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.1-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 157, 209, 212.1, 266.3, 266.4, 290.1.1-290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 327.1- 327.7, 328-331, 332.1-332.3, 333.1, 334.1, 335.1-335.4, 336, 337.1-337.4, 338.1-338.6, 339.1, 342.1.1-342.1.8, 342.1.10, 342.1.11, 342.2-342.7, 343.1, 343.4, 344-347, 352.0.1-352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1-353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355-358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1-517.0.6, 517.0.9-517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583-586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs olan Şəxs MTK-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı müəyyən olunmuşdur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi şəxs olan Şəxs MTK-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və inzibati xəta haqqında icraata xitam verilməlidir. ünvan 1qayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən Şəxs MTK-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş protokolda hüquqi şəxsin mülkiyyətində olan **-AS-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz 350 minik“ markalı avtomobili inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 (beş gün) müddətində verilməsini təmin etmədiyi göstərilmişdir. İşdə belə sorğu var və bu sorğunun poçta təhvil verilməsi təsdiq edilir. Ancaq həmin sorğunun Şəxs MTK-nin tərəfindən alınması təsdiq edilmir. Məhkəmə iclasında bu xüsusat tam, obyektiv və hərtərəfli araşdırılsa da təsdiq edilmədi. Poçt sənədində ünvan 1qayıt şəhər Polis İdarəsi Dövlət X3 məktubunun alınması barədə imza olsa da bunun məhz Şəxs MTK-nin işçiləri tərəfindən qəbul edilməsi təsdiq edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı, sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan, verilən sənədin adı, verilmənin vaxtı (tarix və saat) və yeri, sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair), sənədin verildiyi şəxs, sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası göstərilməlidir. Beləliklə, məhkəmə inzibati xətalar qanunvericiliyinə əməl etməklə iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma apararaq müəyyən etdi ki, ünvan 1qayıt şəhər Polis İdarəsi Dövlət X3 sorğu məktubunu Şəxs MTK tərəfindən alınmamışdır. Səlahiyyətli orqan olan ünvan 1qayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 57 və 58-ci maddələrinin tələblərinə əməl edilərək, həmin maddələrdə göstərilən qaydada məktubun Şəxs MTK-ya çatdırılması təmin edilməmişdir. Bunu təsdiq edən sübut yoxdur. Şəxs MTK öz təqsirsizliyini sübut etməyə borclu deyildir və işdə olan bütün şübhəli hallar onun xeyrinə həll edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs MTK-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.2.1-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 1qayıt şəhər polis idarəsi Dövlət X4 tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 16 sentyabr 2020-ci il tarixli AP seriyalı ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan ünvan 1qayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa ünvan 1qayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-570/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-570/2021
25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver