Məhkəmə qərarları › İş №3(060)-570/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-570/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-570/2023 15.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 28 fevral 2023-cü il tarixli, EP № 0002898, 00700-00062/23 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi (bundan sonra mətndə SBGİ) tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 1 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 485.2-ci maddəsinə əsasən 28 fevral 2023-cü il tarixli EP № 0002898, 00700-00062/23 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, “Azərsulfat" MMC-nin (VÖEN **********) ünvanına xx.xx.2023-cü il tarixli, **********3618 sorğu nömrəli gömrük bəyannaməsilə bəyan edilərək Rusiya Federativ Respublikasından idxal olunan və 65045312, 65041527, 65045825, 65110587 və 65082364 nömrəli dəmiryolu nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olan “kükürd təmizlənməmiş qranul halda (sulfat turşusunun istehsalı üçün istifadə olunur)” yükünə dair qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə qətirilməzdən əvvəl elektron qaydada gömrük orqanına təqdim edilməmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 01 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 15 mart 2023-cü il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokolu tərtib etmiş SBGİ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 485.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan Gömrük Xidmətinin X1 sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, ’’Azərsulfat” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə xx.xx.2023-cü il tarixli, **********3618 sorğu nömrəli gömrük bəyannaməsilə bəyan edilərək Qazaxıstan Respublikasından idxal olunan və xx.xx.2023-cü il tarixdə, saat 12:05-də 65045312, 65041527, 65045825, 65110587 və 65082364 nömrəli dəmiryolu nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olan “kükürd təmizlənməmiş qranul halda (sulfat turşusunun istehsalı üçün istifadə olunur)” yükünə dair qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə gətirilməzdən əvvəl elektron qaydada gömrük orqanına təqdim edilməmişdir. İş materialında olan 28 fevral 2023-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında ptorokoda Şəxs MMC-nin nümayəndəsi X2 izahatından görünür ki, MMC-nin ünvanına Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə xx.xx.2023-cü il tarixli, **********3618 sorğu nömrəli gömrük bəyannaməsilə bəyan edilərək Rusiya Federativ Respublikasından idxal olunan və xx.xx.2023-cü il tarixdə 5 fərqli dəmiryolu nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olan “kükürd təmizlənməmiş qranul halda" yükünə dair qısa idxal bəyannaməsini ixracatçı şirkət sənədləri vaxtında göndərmədiyi üçün mallar ölkə ərazisinə qətirilməzdən əvvəl elektron qaydada gömrük orqanına təqdim edə bilməyiblər. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Həmin hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Belə ki, Şəxs MMC ünvanına Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə xx.xx.2023-cü il tarixli, **********3618 sorğu nömrəli gömrük bəyannaməsilə bəyan edilərək Rusiya Federativ Respublikasından idxal olunan və xx.xx.2023-cü il tarixdə, saat 12:05-də 65045312, 65041527, 65045825, 65110587 və 65082364 nömrəli dəmiryolu nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olan “kükürd təmizlənməmiş qranul halda (sulfat turşusunun istehsalı üçün istifadə olunur)” yükünə dair qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə qətirilməzdən əvvəl elektron qaydada gömrük orqanına təqdim edilməmişdir. Bu fakt, xx.xx.2023-cü il tarixli, 34/012/000826 nömrəli raport, Gömrük Xidmətinin “X1 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokol, MMC-nin nümayəndəsinin izahatı, işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. İXM-nin 485.2-cü maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 1 olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.500,00 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar