Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-571/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus qızınun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, 1991-ci ildə ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 12.02.2021-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs 16.09.2020-ci il tarixdə Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində X2 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək X2 döymədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, Şəxs 16.09.2020-ci il tarixdə Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində onu döymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirdi ki, Şəxs qızı X2 vurduğunu görmüşdür. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 17.09.2020-ci il tarixli 1137 saylı ekspert rəyindən görünür ki, X1 bədənində sağ budun aşağı 1/3-nin bayır səthinin, sol budun orta 1/3-nin bayır səthinin qançırları vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir. Törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 16.09.2020-ci il tarixdə armaturla vurulma nəticəsində əmələ gələ bilər, öz-özünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 3(060)-571/2021 saylı, 15.02.2021-ci il tarixli qərarından görünür ki, inzibati xəta törədən şəxs Şəxs lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəblər olmadan məhkəməyə gəlməmiş və barəsində məcburi gətirilmə tətbiq edilməklə iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin 02.03.2021-ci il tarixli, 329-1661-1221 saylı məktubundan görünür ki, Şəxs məhkəməyə təqdim edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 3(060)-571/2021 saylı, 02.03.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatlarını dinləyib araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-571/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-571/2021
02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver