Məhkəmə qərarları › İş №3(060)-572/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-572/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-572/2021 12.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs oğlunun, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – Lamiyə Hüseynquliyevanın , Müdafiəçi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-ci ildə Mingəcevir şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, Bərdə rayonu, Şorəlli qəsəbəsi ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 11-ci mkr, ev 4A, mənzil 11 yaşayan, Şəxs oğlunun, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 tərəfindən 12 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, borclu Şəxs oğlundan Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)-3923/2019 saylı, 21.11.2019-cu il tarixli icra sənədinə əsasən 15.10.2019-cu il tarixdən başlayaraq hər uşaq üçün 120 manat müəyyən edilməklə 2 uşağın saxlanılması cəmi 240 manat aliment tutularaq X4 ödənilməsi müəyyən edilmişdir. Lakin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq borclu tərəfindən aliment borcu tam ödənilməmiş, ümumilikdə 3360 ( üç min üç yüz altmış) manat məbləğində aliment borcu yaranmış və Şəxs oğlu tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq tələbkar X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məqsədəmüvafiq hesab edir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 bildirdi ki, Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)-3923/2019 saylı, 21.11.2019-cu il tarixli icra sənədinə əsasən 15.10.2019-cu il tarixdən başlayaraq hər uşaq üçün 120 manat müəyyən edilməklə 2 uşağın saxlanılması cəmi 240 manat aliment tutularaq X4 ödənilməsi müəyyən edilmişdir. Lakin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq borclu tərəfindən aliment borcu tam ödənilməmiş, ümumilikdə 3360 ( üç min üç yüz altmış) manat məbləğində aliment borcu yaranmış və Şəxs oğlu tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra edilməmişdir. Şəxs oğlu 2020-ci il ərzində aliment borcundan yalnız 2 dəfə 240 manat olmaqla 480 manat ödəniş etmişdir. Bu səbəbdən də barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu icra vərəqəsi üzrə aliment borcunu hal-hazırda işləmədiyindən ödəməyə maddi imkanının olmadığını və buna görədə ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil oğlu Şəxs oğluna yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İXM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclu şəxs Şəxs aliment borcundan 2020-ci il ərzində yalnız 2 dəfə ödəməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini, üzürlü səbəb olmadan icra etməməsini göstərir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, tələbkarın izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini Şəxs oğlunun şəxsiyyətini, icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan tam şəkildə ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs oğlu barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 12 fevral 2021-ci il tarixdən, saat 13:00dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil oğlu tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar