Məhkəmə qərarları › İş №3(060)-574/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-574/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-574/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Babayev Əlövsət Şamil oğlunun, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı 01 fevral 2021-ci il tarixli qərarından Babayev Əlövsət Şamil oğlunun vermiş olduğu şikayətə baxaraq müəyyən etdi: Babayev Əlövsət Şamil oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən 01 fevral 2021-ci il tarixli MN № ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Qərardan şikayətdən görünür ki, Babayev Əlövsət Şamil oğlu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı 01 fevral 2021-ci il tarixli qərarına əsasən qanunsuz ov fəaliyyəti ilə məşğul olduğu üçün Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Həmin qərarı 05 fevral 2021-ci il tarixində əldə etmişdir.Babayev Əlövsət şikayət ərizəsində bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən ov edilməsi müəyyən edilmədiyi halda, o, İXM-nin 272.3-cü maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Onun İXM-nin 272.3-cü maddəsi ilə təqsirli olmasını özü sübuta yetirməli deyil. Bu səbəbdən də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı 01 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı qərardan şikayət vermiş Babayev Əlövsət Şamil oğlu bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı 01 fevral 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 273.2-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. O, qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, 20.01.2021-ci il tarixində həqiqətən də o, Abşeron rayonu H.Z.Tağıyevin şimal-qərbi Samur Abşeron kanalı kənarında avtomobili ilə hərəkət edərkən ona məxsus avtomobil Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmi vaxt onun avtomobilində ata yadigarı olan BYM markalı194568-57 nömrəli 16 çaplı iki lüləli ov tüfəngi və iki ədəd patron maddi sübut kimi götürülmüşdür. Lakin onun avtomobilində hər hansı ov heyvanı aşkar edilməmişdir. Lakin buna baxmyaraq o, inzibati məsuliyyətə cəlb olunmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin ******* saylı 01 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Könül Nəcəfquliyeva bildirdi ki, hələ idarə tərəfindən vət.Babayev Əlövsət Şamil oğlunun inzibati tənbeh edilməsinə dair ******* saylı 01 fevral 2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də şikayətin təmin olunmamasını Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində izahat vermiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X2 izahatında göstərdi ki, 20.01.2021-ci il tarixində, Abşeron rayonu H.Z.Tağıyevin şimal-qərbi Samur Abşeron kanalı kənarında adətən ov quşlarının cəmləşdiyi ərazidə hərəkət edən nəqliyyat vasitəsini görərək saxladıq. Həmin nəqliyyat vasitəsini idarə edən Babayev Əlövsət Şamil oğlu idi. Həmin vaxt onun avtomobilində olan BYM markalı194568-57 nömrəli 16 çaplı iki lüləli ov tüfəngi və iki ədəd patron maddi sübut kimi götürülmüş və bununla bağlı akt tərtib olunmuşdur. Babayev Əlövsət özü ov üçün həmin ərazidə olduğunu bildirmişdir. Avtomobilində ov heyvanı aşkar edilməmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X4 izahatında göstərdi ki, 20.01.2021-ci il tarixində, Abşeron rayonu H.Z.Tağıyevin şimal-qərbi Samur Abşeron kanalı kənarında adətən ov quşlarının cəmləşdiyi ərazidə hərəkət edən nəqliyyat vasitəsini görərək saxladıq. Həmin nəqliyyat vasitəsini idarə edən Babayev Əlövsət Şamil oğlu idi. Həmin vaxt onun avtomobilində olan BYM markalı 194568-57 nömrəli 16 çaplı iki lüləli ov tüfəngi və iki ədəd patron maddi sübut kimi götürülmüş və bununla bağlı akt tərtib olunmuşdur. Babayev Əlövsət özü ov üçün həmin ərazidə olduğunu bildirmişdir. Avtomobilində ov heyvanı aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş 68895 saylı,20.01.2020-ci il tarixli aktdan görünür ki, 20.01.2021-ci il tarixində, Abşeron rayonu H.Z.Tağıyevin şimal-qərbi Samur Abşeron kanalı kənarında adətən ov quşlarının cəmləşdiyi ərazidə hərəkət edən nəqliyyat vasitəsi saxlanılmış və bu zaman Babayev Əlövsət Şamil oğluna məxsus həmin nəqliyyat vasitəsində BYM markalı194568-57 nömrəli 16 çaplı iki lüləli ov tüfəngi və iki ədəd patron maddi sübut kimi götürülmüş və bununla bağlı akt tərtib olunmuşdur. Həmçinin iş materiallarında olan babayev Əlövsət şamil oğlu tərəfindən yazılmış izahatdan da görünür ki, sonuncu ərazidə qanunsuz ov fəaliyyəti ilə məşğul olmasını etiraf edir. Məhkəmə tərəfləri dinləyib işdə olan sübutları tədqiq edərək hesab edir ki, Babayev Əlövsət Şamil oğlunun şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görəinzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikasının ovçuluq fəaliyyəti haqqında Qanunun 1.0.1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Göründüyü kimi, ovçuluq təkcə vəhşi heyvanların vurulması ilə bağlı deyil, həmçinin izlənilməsi, təqib edilməsi, tutulması ilə bağlı fəaliyyəti də əhatə edir ki, 20.01.2021-ci il tarixində vət Babayev Əlövsət Şamil oğlunun ov heyvanlarının yığışdığı ərazidə nəqliyyat vasitəsi ilə hərəkət edərkən avtomobilində ov silahının olması onun vəhşi heyvanların izlənməsi və təqib edilməsi ilə bağlı fəaliyyəti həyata keçirməsinə dəlalət edir. Beləliklə də, aparılmış araşdırma zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı 01 fevral 2021-ci il tarixli qərarı qanuni olduğundan həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsinə dair Babayev Əlövsət Şamil oğlunun şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı 01 fevral 2021-ci il tarixli qərarı qanuni hesab edilsin və qərardan Babayev Əlövsət Şamil oğlunun vermiş olduğu şikayət təmin olunmasın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar