Məhkəmə qərarları › İş №3(060)-577/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-577/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-577/2024 06.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2024-cü il tarixli, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən X1 məxsus “Banu” şirniyyat evinə 100 manat etibarsız pul verərək dələduzluq yolu ilə maddi ziyan vurmuş, xx.xx.2024-cü il tarixdə, saat 04:48 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən X3 məxsus köşkə 200 manat etibarsız pul verərək dələduzluq yolu ilə maddi ziyan vurmuş, xx.xx.2024-cü il tarixdə, saat 05:15 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X4 məxsus köşkə 200 manat etibarsız pul verərək dələduzluq yolu ilə maddi ziyan vurmuş, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən X2 məxsus “Sumqayıt tat” şirniyyat evinə 200 manat etibarsız pul verərək dələduzluq yolu ilə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-575/2024, 3(060)- 576/2024, 3(060)-577/2024 №-li işlər bir icraatda 3(060)-578/2024 nömrə ilə birləşdirilməli, 3(060)-575/2024, 3(060)-576/2024, 3(060)-577/2024 №-li işlər birləşdirildiyi üçün həmin nömrələr üzrə işlərin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-575/2024, 3(060)-576/2024, 3(060)-577/2024 №-li işlər bir icraatda 3(060)-578/2024 nömrə ilə birləşdirilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiallar 3(060)-578/2024 nömrə ilə məhkəmənin icraatına qəbul edilsin. İşin açıq məhkəmə baxışı «06» mart 2024-cü il tarixə, saat 17:30-a məhkəmə binasına təyin edilsin. Məhkəmə iclası Azərbaycan dilində aparılsın. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar