Məhkəmə qərarları › İş №3(060)-584/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-584/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-584/2025 05.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X6, Katib: X7, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru: X8, Zərərçəkmiş şəxs: X2, Zərərçəkmiş şəxs: X9, Zərərçəkmiş hüquqi şəxs: "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X10, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Laçın rayonu, Malxələf kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X8 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-599/2023, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4029/2023 saylı, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3793/2024 saylı, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4580/2024 saylı, Sumqayıt 4 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-17091 saylı və 8İ-17093 saylı icra qeydləri üzrə üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini icra etməmiş, nəticədə 43356,99 manat borc yaranmışdır. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 599/2023 saylı icra vərəqəsinə əsasən Şəxs ümumilikdə 29822,05 və 116 manat ödənilmiş dövlət rüsumu tutulub X2 xeyrinə ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4029/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 1840 manat pul tutulub X4 xeyrinə ödənilməlidir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4580/2024 saylı icra vərəqəsinə əsasən Şəxs 5075 manat pul tutulub X5 xeyrinə ödənilməlidir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3793/2024 saylı icra vərəqəsinə əsasən Şəxs 4660 manat tutulub X9 xeyrinə ödənilməlidir. Sumqayıt 4 saylı notariat kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-17093 saylı icra qeydinə əsasən Şəxs 1781,96 manat tutulub "xxxx" MMc-nin xeyrinə ödənilməlidir. Sumqayıt 4 saylı notariat kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-17091 saylı icra qeydinə əsasən Şəxs 1556,98 manat tutulub "xxxx" MMc-nin xeyrinə ödənilməlidir. İcra sənədləri hal-hazırda Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatındadır. Borclu Şəxs üzərində olan icra sənədləri üzrə borclarının ödənilməsinə dair dəfələrlə yazılı və şifahi şəkildə xəbərdarlıq edilmiş, borclu Şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 manat inzibati cərimə olunmuş, daha sonra həmin icra sənədləri aidiyyatı üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, borclu barəsində Binəqədi rayon Məhkəməsinin müvafiq qərarına əsasən tətbiq edilmiş 500 manat inzibati cərimə ödənilmiş, təkrar borclu xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuş və o, Sumqayıt şəhər Məhkəməsinin müvafiq qərarına əsasən 500 manat cərimə olunmuş, 500 manat inzibati cəriməni ödəmədiyinə görə inzibati qərarın qüvvəyə mindiyi gündən 25 gün müddət gözlənilmiş və həmin 500 manat inzibati cərimədən borclu barəsində İXM-nin 529.2-ci maddəyə əsasən protokol verilmiş, Şəxs 160 saat ictimai işlər cəzasına cəlb edilmişdir. Eyni zamanda Şəxs barəsində olan məhkəmə qərarlarını icra etmədiyinə görə təkrarən xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, izahatı alınmış, İXM-nin 528.1-1-ci maddəsi ilə təkrar protokol verilmiş və borclu 1000 manat məbləğində cərimə olunmuşdur. Şəxs üzərində olan cəriməni dövlət büdcəsinə ödəmədiyinə görə barəsində İXM-nin 529.2-ci maddəsi ilə protokol verilmiş və Sumqayıt şəhər Məhkəməsinin müvafiq qərarına əsasən o, yenidən ictimai işlər cəzasına cəlb edilmişdir. Borclu barəsində olan icra sənədləri üzrə Şəxs Sumqayıt şəhər Polis İdarəsinə axtarışa verilmiş, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gəlmiş və barəsində olan icra sənədlərinin icrası ilə bağlı borcludan izahat alınmış, icra sənədləri bir icraatda birləşdirilmiş və ümumi icra sənədləri üzrə borclunun 43356,99 manat borcu olduğu bildirilmiş və borcun ödənilməsi tələb edilsə də borclu üzərində olan borcu ödəyə bilməyəcəyini bildirmiş və barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt şəhər Məhkəməsinə təqdim edilmişdir. Borclu dəfələrlə inzibati qaydada cərimə olunmuş, cərimə icra sənədlərinin icrasına heç bir müsbət təsir göstərməmişdir. Dəfələrlə 500 manat inzibati cərimənin birini ödəmiş, digəri üzrə ödəniş olmamışdır və protokol verərək ictimai işlərlə əvəz etdirmişlər. İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ağır cəzanın, yəni cərimə olmayan digər cəzanın tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, kommersiya fəaliyyəti ilə məşğul olmuş, 8 aydır ki, nazirliyin əməkdaşları ilə Nəsimi rayonunda cinayət işi açılmışdır. Həmin iş üzrə zərərçəkmiş şəxsdir və həmin iş üzrə ******* manat zərəri vardır, ağır cinayətlər məhkəməsində olan iş üzrə isə 20000 manat zərəri vardır. Həmin işlər üzrə ödəniləcək zərəri gözləyir. Bir xanıma iki dəfə 500 manat pul ödəmiş, keçən ay ödəniş edə bilməmiş, 10 gün bundan qabaq isə M10 hesabına 250 manat ödəniş etmiş, lakin xanım həmin məbləğdə pulu istəmədiyi üçün qəbul etməmiş və geri qaytarmışdır. Cəmalə xanıma 10 gün ərzində 1000 manat pul ödəyəcəkdir, Sabit və Elgizə gələn ay ödəyəcəkdir. Baku Electrinicsə olan borc başqa xanımın adına götürülmüş borcdur, həmin xanım çıxıb getmiş, anası da gözləməsini, xanımın gələcəyini bildirir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bidlirdi ki, 2022-ci ilin fevral ayında apellyasiya məhkəməsinin qərarı çıxmış, xanım ona borcludur və borcunu ödəməlidir. Dəfələrlə icra məmuru dəvət etmiş, orada razılığa gəlmişlər ki, ödəyəcəkdir, sonuncu dəfə də ayda 500 manat ödəyəcəyini bildirmiş, noyabr, dekabr ayında ödəmiş, yanvar, fevral, mart isə ödəməmişdir. Himayəsində iki azyaşlı övladı vardır, özü də çətin vəziyyətdədir. Şikayətçidir. Məhkəmədən ciddi tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 bildirdi ki, iki ilə yaxındır ki, ona borcu vardır, ödəmir. Qətnamə çıxarıldıqdan bu günə kimi heç bir ödəniş etməmişdir. Məhkəmədən borclu şəxsin həbs olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X18 bildirdi ki, 2023-cü ildə məhsul götürülmüş, vətəndaş başqasının adına götürdüyünü bildirsə də qətnamə vardır, kredit kimin adınadırsa ondan tələb etmək hüquqları vardır. Hal-hazırda qalan borc 1557 manat bir kredit üzrə, 1782 manat da bir kredit üzrə, cəmi 3339 manat gecikmədədir. İcra idarəsinə də tədbir görülməsi üçün müraciət etmişlər. Şikayətçidirlər. Məhkəmədən borcun ödənilməsi üçün tədbir görülməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş şəxs X11 və X12 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunu, barəsində protokol tərtib edilmiş şəxsi və zərərçəkmiş şəxsləri dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-599/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə cavabdeh Şəxs cəmi 29822,5 (iyirmi doqquz min səkkiz yüz iyirmi iki manat əlli qəpik) manat iddiaçı X2 xeyrinə tutulmalıdır. Mütəxəssisə ödənilməli olan 150 manatın 75 (yetmiş beş) manatı cavabdeh Şəxs, 75 (yetmiş beş) manat iddiaçı X1 tutularaq, Əmlak Ekspert Mərkəzinin hesabına keçirilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 116 (yüz on altı) manatı cavabdeh Şəxs iddiaçı X2 xeyrinə tutulmalıdır. - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4029/2023-010 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 1840 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3793/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 4600 manat məbləğində pul vəsaiti və 60 dövlət rüsumu tutularaq tələbkar X9 xeyrinə ödənilməlidir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4580/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 5070 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. - Sumqayıt Şəhər 4 Saylı Notariat Kontorunin 8İ-17093 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs cəmi 1781,96 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin xeyrinə ödənilməlidir. - Sumqayıt Şəhər 4 Saylı Notariat Kontorunin 8İ-17091 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 1556,98 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin xeyrinə ödənilməlidir. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025ci il tarixli qərarlarına əsasən Şəxs barəsində axtarış elan edilmişdir. - Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, borclu Şəxs barəsində Sumqayıt ŞPİ-si tərəfindən xx.xx.2024-cü il tarixdə 735853 saylı axtarış işi açılmışdır. - Sumqayıt şəhər Məhkəməsinin 3(060)-904/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2427/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 8(0600-278/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4029/2023-010 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-599/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3793/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4580/2024- 007 nömrəli, xx.xx.2024-cü il tarixli, Sumqayıt Şəhər 4 Saylı Notariat Kontorunin 8İ- 17091 nömrəli, xx.xx.2024-cü il tarixli, Sumqayıt Şəhər 4 Saylı Notariat Kontorunin 8İ-17093 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs tərəfindən icra sənədinin lazimi qaydada icra edilməməsi Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin: - 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. - 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar