Məhkəmə qərarları › İş №3(060)-585/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-585/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-585/2022 23.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs, Onun müdafiəçisi – Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 23.02.2022-ci il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li, MN seriyalı ******* №li, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs 19.01.2022-ci il tarixdə Sumqayıt şəhər, 13-cü mikrorayon, ev 38, mənzil 12-də yaşayan X8 mənzilində qurlaşdırılmış dəyəri 88 manat 58 qəpik olan, 21.01.2022-ci il tarixdən 22.01.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 28, mənzil 38-də yaşayan X6 mənzilində quraşdırılmış dəyəri 88 manat 58 qəpik olan, 19.01.2022-ci il tarixdə X2 yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 60, mənzil 12-də quraşdırılmış dəyəri 88 manat 58 qəpik olan, 21.01.2022-ci il tarixdən 22.01.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 37, mənzil 50-də yaşayan X4 mənzilində quraşdırılmış dəyəri 88 manat 58 qəpik olan, 19.01.2022-ci il tarixli ünvan 2 ünvanında yaşayan X5 yaşadığı mənzildə quraşdırılmış dəyəri 88 manat 58 qəpik olan, 22.01.2022-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 28, mənzil 37-də yaşayan X3 mənzilində quraşdırılmış dəyəri 88 manat 58 qəpik olan, 20.01.2022-ci il tarixə Sumqayıt şəhər, 13-cü mikrorayon, ev 40, mənzil 44-də yaşayan Quliyev İlkinin mənzilində quraşdırılmış dəyəri 88 manat 58 qəpik olan, 22.01.2022-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 37, mənzil 51-də yaşayan Həsənov Nəsiminin mənzilində quraşdırılmış dəyəri 88 manat 58 qəpik olan su sayğaclarını oğurlayaraq "xxxx" ASC-yə maddi ziyan vurmuşdur. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-dən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23.02.2022-ci il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-584/2022, 3(060)-585/2022, 3(060)-586/2022, 3(060)-587/2022, 3(060)-588/2022, 3(060)-589/2022, 3(060)-590/2022, 3(060)-591/2022 nömrəli işlər bir icraatda, yəni 3(060)-591/2022 nömrə ilə birləşdirilməlidir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etdiyim məsələlərə görə: • Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir; • işin icraatını rədd edən hallar mövcud deyil; • inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmışdır; • iş üzrə vəsatətlər və etiraz etmə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında işin baxılması Sumqayıt şəhər Məhkəməsinin binasına 23 fevral 2022-ci il tarixə, saat 11:50-yə təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23.02.2022-ci il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 584/2022, 3(060)-585/2022, 3(060)-586/2022, 3(060)-587/2022, 3(060)-588/2022, 3(060)- 589/2022, 3(060)-590/2022, 3(060)-591/2022 nömrəli işlər bir icraatda, yəni 3(060)- 591/2022 nömrə ilə bir icraatda birləşdirilsin. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar