Məhkəmə qərarları › İş №3(060)-587/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-587/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-587/2021 15.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunu sədrliyi, X6 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, İcra sənədi üzrə tələbkar- X5nın, Müdafiəçi- Smqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Dəvəçi şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 15.02.021-ci il tarixdə vət. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7753/2018 saylı, 18.10.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş 01.11.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 01.08.2018-ci il tarixdən başlayaraq 29.06.2011-ci il təvəllüdlü X7 və 20.07.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər hər uşaq üçün 100 manat manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. Lakin borclu yığılmış 3400 manat borcunu ödəməkdən boyun qaçırır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7753/2018 saylı, 18.10.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş 01.11.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 01.08.2018-ci il tarixdən başlayaraq 29.06.2011-ci il təvəllüdlü X7 və 20.07.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər hər uşaq üçün 100 manat manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. Hazırda borclunun 3400 manat ödənilməmiş borcu vardır. Bu səbəbdən də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokol tərtib olunmuşdur. Borclu şəxs həmin borcdan hazırda cəmi 60 manat ödəyə biləcəyini bildirmişdir. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində protokol tərtib edilmiş Şəxs bildirdi ki, həqiqətən də Sumqayıt şəhər Məhkəməsinin Sumqayıt şəhər Məhkəməsinin 01.11.2018-ci il tarixli icra sənədinə əsasən 01.08.2018-ci il tarixdən başlayaraq övladları 29.06.2011-ci il təvəllüdlü X7 və 20.07.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər hər uşaq üçün 100 manat manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment ondan tutularaq X2 ödənilməlidir. 3400 manat borcunun yığılma səbəbi mövcud pandemiya səbəbindən hazırda işsiz olması və kəllə-beyin travması aldığı üçün xəstəxanada müalicə alması olmuşdur. Məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırmır. Bu günə qədər borcundan ödənişlər etmişdir. Hazırda borcundan 60 manat ödəyə bilər. “Üstay” şirkətində işləyir və əməkhaqqı 800 manat təşkil edir. Lakin hazırda xəstəliyi səbəbindən işə çıxa bilmir və ona xəstəliyi ilə bağlı müavinət verilməmişdir. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş edir. İcra sənədi üzrə tələbkar X5 məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin Sumqayıt şəhər Məhkəməsinin 01.11.2018-ci il tarixli icra sənədinə əsasən 01.08.2018-ci il tarixdən başlayaraq övladları 29.06.2011-ci il təvəllüdlü X7 və 20.07.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər hər uşaq üçün 100 manat manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment Şəxs tutularaq ona ödənilməlidir. Hazırda borclunun ona 3400 manat aliment borcu vardır. Bu vaxta qədər borclu şəxsə güzəşt edilsə də alimenti öödəməkdən yayınmışdır. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsindəki inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 7753/2018 saylı, 18.10.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş 01.11.2018-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 01.08.2018-ci il tarixdən başlayaraq 29.06.2011-ci il təvəllüdlü X7 və 20.07.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər hər uşaq üçün 100 manat manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra etməməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan 10.12.2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, əsas xəstəliyi keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri- postravmatik ensefalopatiya olan xəstə Şəxs cüzi yaxşılaşma ilə evə yazılmış və ambulator nəzarət və müalicəni istehsalatdan ayrılmaq şərtilə davam etdirməsi məsləhət görülür. Həmçinin, inzibati xətaya dair iş materialları araşdırılarkən hazırda barəsində protokol tərtib olunmuş şəxsin iş yerinin olması və ödəniş etməkdən imtina etməməsi müəyyən olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar