Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-587/2023 28.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs X3 oğlunun iştirakı ilə, X3 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli EQ 12901195 saylı qərarından X3 oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən qəbul edilmiş Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli EQ 12901195 saylı Qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildə Sumqayıt şəhər Sülh-H.Əliyev küçələrinin kəsişməsində hərəkətimi yaşıl işıqda davam etdirərkən qabağında gedən Qazel markalı avtomaşın dayandığına görə o, xətt nişanlarını tapdalamamaq üçün məcbur olaraq yolun hərəkət hissəsində dayanmalı olmuşdur. Bu zaman yolun hərəkət hissəsində dayandığından və sağ tərəfə hərəkətddə olan operativ nəqliyyat vasitəsinə görə (operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.2-ci maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilirlər, bu qayda pozuntusuna qörə 60 manat miqdarında cərimə tətbiq olunur) məcbur xətti tapdalamaq məcburiyyətində qalmışdır. Bu zaman Yol hərəkət qaydaları, Yol Hərəkəti təhlükəsizliyinin təmin ediməsinə görə quraşdırılmış kameradan ona elektron qaydada EQ 12901195 saylı qərar gəlmişdir. O, dərhal bu barədə ASAN PAY vasitəsi ilə şikayətini bildirsə də heç bir araşdırma aparılmadan və ona sadəcə foto görüntü göstərməklə qərarı qüvvədə saxlamışdırlar. Odur ki, barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 12901195 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi X3 oğlu izahatında bildirdi ki, BMW 530 minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sülh-H.Əliyev küçələrinin kəsişməsində hərəkətdə olan zaman təcili tibbi yardım avtomobili gəldiyindən o, məcbur olaraq avtomobili kənara çəkmişdir. Məhkəmədən şikayətinin təmin olunmasını və barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 12901195 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EQ 12901195 saylı inzibati tənbeh vermə haqqında qərarıdan görünür ki, X3 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. İş materiallarında olan fotoşəkildən görünür ki, X3 oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə “BMW 530 minik” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yol nişanlarının tələblərinə riayət edilməmiş və yol hərəkəti qaydaları pozulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsinin İ bəndinə əsasən üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxara bilər. Hər bir vəziyyətdə o, nizamlayıcının siqnallarına tabe olmalıdır. Üstün keçid hüququ olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır. İİ. Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər. İİİ. Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, hərəkətin digər iştirakçıları sağa dönmə işıq göstəricisini yandırmalı, üstün keçid hüququ olan nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar. Göründüyü kimi qanunvericiliyin tələbinə görə heç bir halda sürücü yol hərəkəti qaydalarını pozmamalı, hərəkətin başqa iştirakçıları qarşısında üstün keçid hüququ olan xüsusi nəqliyyat vasitələrinin keçidinə mümkün qədər şərait yaratmalı, lakin bu hərəkətlər qaydaların pozulması ilə müşayət olunmamalıdır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli EQ 12901195 saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və X3 oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X3 oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli EQ 12901195 saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X3 oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli EQ 12901195 saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-587/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-587/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver