Məhkəmə qərarları › İş №3(060)-588/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-588/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-588/2025 01.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunaraq xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, daxil olmuş protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Belə ki, “AsanPay” ödəniş sisteminə baxış keçirilərkən protokolun tərtib edilməsinə əsas olmuş EQ 18970346 saylı inzibati tənbeh vermə haqqında qərarın sistemdə mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 106 və 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib edilməməsi araşdırılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Lakin göründüyü kimi İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokolun tərtib edilməsinə əsas olan EQ 18970346 saylı qərar sistemdə möcud olmamışdır. Qeyd edilən hal xüsusi əhəmiyyət kəsb edən və işə baxarkən tamamlanması mümkün olmayan xüsusat olduğundan, həmçinin həmin halın aradan qalxmadan iş üzrə obyektiv qərar qəbul edilməsi mümkün olmadığından, hesab edirəm ki, protokol və digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Yasamal Rayon Polis İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar