Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-590/2024 19.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi – 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində 04 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Esmira” şadlıq evi ilə üzbəüz Xəzər dənizi sahili zonada yerləşən Şəxs məxsus fərdi yaşayış evinin çirkab tullantı sularının qanunsuz olaraq təyinatsız şəkildə evin arxa hissəsindən çöl torpaq əraziyə axıdılması faktı müəyyən edilmişdir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında nümayəndə X6 bildirdi ki, vətəndaş X2 qaynar xəttə müraciətinə əsasən araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs özünə məxsus fərdi yaşayış evinin çirkab tullantı sularını qanunsuz olaraq təyinatsız şəkildə evin arxa hissəsindən çöl torpaq əraziyə axıtmışdır. Buna görə də Şəxs barəsində protokol tərtib edilmişdir. X1 Arzu Mered qızının qardaşıdır və o da eyni əmələ görə 100 manat məbləğində cərimə edilmişdir. Odur ki, məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, X5 onun qardaşıdır. Qardaşının evindən də çirkab suları onun evinin divarına axır, lakin o, heç yerə şikayət etməmişdir. Orada yaşamır. İdarənin əməkdaşları oraya baxış keçirən zaman da görmüşlər ki, həmin ərazi ümumi zibillikdir. Onun evinin turbasından 5 metr aralı kanal gedir. Tərtib edilmiş protokolla razı deyildir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, fiziki şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, hadisə yerinin fotoşəkilləri və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan X5 tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, qonşuluğunda yaşayan Şəxs məxsus fərdi yaşayış evinin çirkab sularının və evin tullantılarının yaşayış evinin arxa hissəsindəki əraziyə axıdılması və ərazidə antisanitariya yaranması barədə Nazirliyin qaynar xətt mərkəzinə müraciət etmişdir. Çirkab suları və tullantıları həmin əraziyə axıdan Məlikov Əhmət barəsində ciddi tədbir görülməsini xahiş edir. İş materiallarında olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 36 nömrəli, 04 mart 2024-cü il tarixli baxış aktından görünür ki, fərdi yaşayış evinin sahibi Şəxs tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 45 və 103-cü maddələrinin tələbləri pozulmuşdur. Ərazidə çəkilmiş fotoşəkillər baxış aktına əlavə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1983-cü ildə Türkmənistan Respublikasının Xalaç rayonunda anadan olmuş, Şabran rayonu, Əmirxanlı ərazi Dairəsi, Əmirxanlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Xəzər dənizi sahili zonasında yerləşən fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 100 (bir yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Haciyev
Məhkəmə qərarları › İş №3(060)-590/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-590/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver