Məhkəmə qərarları › İş №3(060)-591/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-591/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-591/2024 18.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, 00700-00045/24 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 483-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00700-00045/24 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Protokola görə Sumqayıt səhəri, məhəllə 30, ev 10/11, mənzil 12 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs (VÖEN:**********) ilə Ruminiya Respublikasında fəaliyyət göstərən “X8” şirkəti arasında bağlanılan xx.xx.2023-cü il tarixli NP0023/04 nömrəli alqı-satqı müqaviləsinə istinad etməklə Sumqayıt Gömrük İdarəsində xx.xx.2023cü il tarixli **********3368 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləsdirilərək ixrac edilmiş malların müqabilində əldə edilmiş 59340,28 (əlli doqquz min üç yüz qırx dollar, 28 sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti müvəkkil bank hesablarına köçürülmüşdür. Lakin Litva Respublikasında fəaliyyət göstərən “BD Loqistics" şirkəti ilə bağlanılan xx.xx.2023-cü il tarixli SH0023/01 nömrəli alqı-satqı müqaviləsinə istinad etməklə Sumqayıt Gömrük idarəsində xx.xx.2023-cü il tarixli **********2664 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləsdirilərək ixrac edilmiş malların müqabilində əldə edilmiş 9021,21 (doqquz min iyirmi bir dollar. 21 sent) ABS dolları məbləğində xarici valyutada pul vəsaiti müvəkkil bank hesablarına bugünədək köçürülməmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X4 tərtib etdiyi protokola uyğun izahat verərək, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 bildirdi ki, inzibati xətanın törədilməsində özlərini təqsirli bilmiş, qeyd etmişdir ki, MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********2664 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində əldə edilməli olan 9021,21 (doqquz min iyirmi bir dollar. 21 sent) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bank hesablarına bugünədək köçürülməməsinə səbəb ixrac edilmiş mallarda qüsurların olması olmuşdur ki, bu səbəbdən alıcı tərəfindən həmin vəsait indiyədək müvəkkil bank hesabına köçürülməmişdir. Bildirir ki, xx.xx.2023-cü il tarixli SH0023/01 nömrəli alqı-satqı müqaviləsinə əsasən mallar Litva Respublikasında fəaliyyət göstərən “BD Loqistics" şirkətinə göndərilmişdir. Təqsirlərini etiraf edir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Rəsmiləşdirmə mərkəzindən Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1800/012/000482 nömrəli raportda Sumqayıt səhəri, məhəllə 30, ev 10/11, mənzil 12 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs (VÖEN:**********) tərəfindən xx.xx.2023-cü il tarixli **********2664 sorğu nömrəli və xx.xx.2023-cü il tarixli **********3368 sorğu nömrəli gömrük bəyannamələri üzrə Sumqayıt Gömrük idarəsində alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində "Alldoors” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan, cəmi 68361.49 (altmış səkkiz min üç yüz altmış bir dollar, 49 sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Sumqayıt Gömrük İdarəsindən hüquqi şəxs Şəxsnə ünvanlanmış «alqı-satqı yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair» xx.xx.2024-cü il tarixli 3-33-1800/2-000004/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-33- 1800/1-000117/2024 nömrəli xəbərdarlıq və bildiriş məktublarına əsasən həmin hüquqi şəxs xarici iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaitini 180 gün ərzində Azərbaycan Respublikasında olan müvəkkil bank hesabına köçürməli olduğuna dair lazımi qaydada xəbərdar edilmiş və ona hüquqi məsuliyyəti barədə qabaqcadan izah verilmişdir. Faktla bağlı Şəxs direktoru Azərbaycan Respublikasının vətəndaşı Səmədli X3 və təhqiqat şöbəsinə dəvət edilərək izahatı alınmış, sonuncu izahatında bildirmişdir ki, Ruminiya Respublikasında fəaliyyət göstərən “X8” şirkəti ilə bağladıqları xx.xx.2023-cü il tarixli NP0023/04 nömrəli alqı-satqı müqaviləsinə istinad etməklə Sumqayıt Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********3368 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində əldə edilmiş 59340,28 (əlli doqquz min üç yüz qırx dollar, 28 sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti müvəkkil bank hesablarına köçürülmüşdür. Lakin Litva Respublikasında fəaliyyət göstərən “BD Loqistics" şirkəti ilə bağladıqları xx.xx.2023-cü il tarixli SH0023/01 nömrəli alqı-satqı müqaviləsinə istinad etməklə Sumqayıt Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********2664 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində əldə edilmiş 9021,21 (doqquz min iyirmi bir dollar, 21 sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti müvəkkil bank hesabına köçürülməmişdir. Araşdırma zərurəti ilə əlaqədar, xx.xx.2023-cü il tarixli **********2664 sorğu nömrəli və xx.xx.2023-cü il tarixli **********3368 sorğu nömrəli gömrük bəyannamələri üzrə 68361.49 (altmış səkkiz min üç yüz altmış bir dollar. 49 sent) ABS dolları məbləğində xarici valyuta vəsaitinin Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına qeyd edilən gömrük bəyannamələri üzrə hansı tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş 180 gün ərzində köçürülüb-köçürülməməsi barədə Əməliyyat və təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə mərkəzinə xx.xx.2024-cü il tarixli 3-33-1800/013/000594 saylı raportla sorğu verilmişdir. Rəsmiləşdirmə mərkəzindən Əməliyyat və təhqiqat şöbəsinə cavab olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1800/012/000676 saylı raportda Şəxs MMC tərəfindən xx.xx.2023- cü il tarixli **********3368 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Gömrük İdarəsində alqı-satqı yolu ilə rəsmiləsdirilərək ixrac edilmiş malların müqabilində Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bank hesabına xx.xx.2023-cü il və 31,07.2023-cü il tarixlərində köçürüldüyü və bank tərəfindən xx.xx.2024-cü il tarixdə gömrük portalında qeydiyyata alındığı, xarici valyuta vəsaitlərinin qanunvericiliklə müəyyən edilmiş 180 gün ərzində ixracatçının müvəkkil edilmiş bank hesabına qaytarılmasının təmin edildiyi, lakin xx.xx.2023-cü il tarixli **********2664 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 9021,21 ABS dolları məbləğində xarici valyuta vəsaitinin qaytarılmadığı qeyd edilmişdir. Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsindən «kommersiya qurumlarının dövlət reyestri haqqında» çıxarışa əsasən hüquqi şəxs Şəxs xx.xx.2022-ci il tarixdə ********** eyniləşdirmə nömrəsi ilə (VÖEN) dövlət reyestrindən kommersiya təşkilatı keçmiş, hüquqi ünvanı Sumqayıt səhəri, məhəllə 30, ev 10/11, mənzil 12 olmaqla qanuni təmsilçisi Nümayəndədur Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi - hesabat və təhlillər Forma 3.9.2.1- alqı-satqı və konsiqnasiya üzrə hesabat bölməsi informasiya sisteminə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, “Alldoors11 MMC ilə Ruminiva Respublikasında fəaliyyət göstərən “X8” şirkəti arasında bağlanılan xx.xx.2023cü il tarixli NP0023/04 nömrəli alqı-satqı müqaviləsinə istinad etməklə Sumqayıt Gömrük idarəsində ta xx.xx.2023-cü il tarixli **********3368 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləsdirilərək ixrac edilmiş malların müqabilində əldə edilmiş 59340,28 (əlli doqquz min üç yüz qırx dollar, 28 sent) ABS dolları məbləğində xarici valyutada pul vəsaiti müvəkkil bank hesablarına köçürülmüşdür. Lakin Litva Respublikasında fəaliyyət göstərən “BD Loqistics” şirkəti ilə bağlanılan xx.xx.2023- cü il tarixli SH0023/01 nömrəli alqı-satqı müqaviləsinə istinad etməklə Sumqayıt Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********2664 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləsdirilərək ixrac edilmiş malların müqabilində əldə edilmiş 9021,21 (doqquz min iyirmi bir dollar, 21 sent) ABS dolları məbləğində xarici valyutada pul vəsaiti müvəkkil bank hesablarına bugünədək köçürülməmişdir. Mərkəzi Bankın rəsmi internet səhifəsinə baxış keçirilməsi haqqında protokola əsasən 9021,21 (doqquz min iyirmi bir dollar. 21 sent) ABS dolları milli valyutaya nisbətdə 15336,05 (on bes min üç yüz otuz altı manat, 05 qəpik) AZN təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən İXMnin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, MMC-nin nümayəndəsinin etirafedici izahatı və işdə olan digər sübutlarla təsdiq edilir. Bu səbəbdən "xxxx" MMC İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. Lakin Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********2664 sorğu nömrəli gömrük bəyannaməsi üzrə öhdəlik müddətinin bitməsinə baxmayaraq, milli valyutaya nisbətdə 15336,05 AZN təşkil edən 9021,21 AB$ dolları məbləğində xarici valyutada vəsaiti hələ də müvəkkil bank hesabına köçürülməsi təmin edilməmiş, bununla da xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. İXM-nin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 2709,36 (iki min yeddi yüz doqquz ABŞ dolları otuz altı sent) ABŞ dolları məbləğində (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş valyuta məzənnəsi nəzərə alınmaqla) cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar