Məhkəmə qərarları › İş №3(060)-594/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-594/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-594/2022 29.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi X1 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vətəndaş Şəxs barəsində inzibati xəta haqqında 29.01.2022-ci il tarixli, AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, o, 29.01.2022-ci il tarixdə saat 23:15 radələrində S/t Sumqayıt yolunda ərazisində “TOYOTA” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol polis əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı nəqliyyat vasitəsini nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi aşkarlanmışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında özünü təqsirli bilməyərək bildirdi ki, 29.01.2022-ci il tarixdə saat 23:15 radələrində “TOYOTA” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı etibarnamə əsasında idarə etdiyi avtomobili Stansiya Sumqayıt yaxınlığında X3 ərazisində ayıq sürücü idarə edən zaman ona bildirmişdir ki, itdən qorxduğu üçün avtomobili idarə etməkdən imtina etmişdir. Bu zaman o ayıq sürücüdən maşını kənarda, təhlükəsiz yerdə saxlamasını xahiş etmişdir. Ayıq sürücü avtomobili təhlükəsiz yerdə saxlamış və ona 7 manat pul ödəmişdir. Bundan sonra sükan arxasında oturub, pəncərələri bağlayan və maşını söndürmək istədiyi zaman ** YP *** dövlət qeydiyyat mişanlı DYP İdarəsinin avtomobili idarə etdiyi avtomobilin işıqlarını yandırmış, qapını bağlayaraq ondan maşından düşməyini tələb etmişlər. Saxlama səbəbini soruşduqd polis əməkdaşı onun yaxasında tutub yerə salmış, digər polis əməkdaşı isə əl-qol hərəkətləri ilə onun ünvanına alçaldıcı hərəkətlər etmiş, daha sonra ona müqavimət göstərərək polis maşınına salmışlar. Bunun nəticəsində onun sol dişi də zədələnmişdir. Polis əməkdaşlarından belə etmələrinin səbəbini soruşduqda onun polis əməkdaşlarına müqavimət göstərəcəklərni ehtimal etdikləri üçün belə etdiyini bildirmişdir. Halbu ki, həmin vaxtı sərxoş olmamış, gözləri zəif olduğu üçün gecə saatlarında avtomobili idarə edə bilmədiyi üçün ayıq sürücü çağırmış, daha sonra xüsusi cihazla onun sərxoşluğu onun etiraz olmasına baxmayaraq müəyyən olunmuş və barəsində protokol tərtib edilmişdir. Həmin zaman və sonradan protokoldan narazı olduğunu bildirməsinə baxmayaraq, onun tibbi müayinədən keçirməmişlər. Odur ki, qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin materiallarında olan xüsusi texniki vasitədən istifadə nəticəsində əldə edilmiş nəticə ilə müəyyən edilmişdir ki, alkoqolun miqdarı 0,742 promildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən - Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Lakin iş materillarından göründüyü kimi, şəxs xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmamasına baxmayaraq, o polis əməkdaşları tərəfindən tibbi müayinəyə aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 53.1.1-ci maddsəinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar