Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-595/2023 03.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayonu, Seyidlər ərazi dairəsi,Seyidlər kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 02 mart 2023-cü il tarixli MN №li ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixində saat 16:50 radələrində Sumqayıt şəhəri DYPŞ-də xidməti otaqda polis leytenantı X3 nalayiq ifadələrlə təhqir etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 03 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi X4 tərtib etdiyi inzibati xəta haqqında protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il arixdə idarə etdiyi “Hundai minik” markalı **-CK-*** dövlət qeydiyyat nişalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olduğu zaman Sumqayıt şəhəri, Sülh və Koroğlu küçələrinin kəsişməsində hərəkətdə olarkən DYPŞ-nin əməkdaşı tərəfindən saxlanılmışdır. YPX-nin əməkdaşı ona yaxınlaşaraq avtoxuliqanlıq etdiyini və bu səbəbdən avtomobilin müvəqqəti duracağa aparılacağı bildirmişdir. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün avtomobildə müşdərisinin olduğunu bildirmiş və müşdərini getdiyi yerə apardıqdan sonra YPX-nin əməkdaşları tərəfindən onun avtomobilini müvəqqəti duracağa yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Sumqayıt şəhəri DYPŞ-nə yaxınlaşmış, həmin vaxt YPX-nin əməkdaşları ilə aralarında anlaşılmazlıq yarandığından DYPŞ-nə PPX-nin əmədşaları çağrılmışdır. PPX-nin əməkdaşları onu ərazi üzrə 4-cü PB-nə aparmışdırlar. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:50 radələrində Sumqayıt şəhər DYPŞ-nin xidməti otağında olarkən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sumqayıt şəhəri, Sülh və Koroğlu küçələrinin kəsişməsində hərəkətdə “Hundai minik” markalı **-CK-*** dövlət qeydiyyat nişalı avtomobilin sürücüsü manevr qaydalarını kobud surətdə pozduğu üçün müvəqqəti duracağa yerləşdirilmişdir. Şəxs DYPŞ-nin xidməti otağında olarkən izahat verdiyi ərizəni əzərək onu yüksək səslə nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra qeyd olunan Sumqayıt şəhəri DYPŞ-nin xidməti otağına PPX-dən dəstək istənilmiş və Şəxs ərazi üzrə PB-nə aprılmışdır. İş materialında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30 –da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində azad olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və o, 70,00 (yetmiş) manat məbləğində cərimə olunsun. Şəxs inzibati qaydada tutulduğu müddət nəzərə alınsın və ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 40,00 (qırx) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-595/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-595/2023
03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver