Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-597/2025 13.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhər prokurorunun köməkçisi X1, Zərərçəkmiş şəxs Şahid, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “X4” QSC-yə məxsus “Azərboru” İB-də böyük usta vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən vəzifəli şəxs Şəxs “X4” QSC-yə məxsus “Azərboru” İB-də böyük usta vəzifəsində işləmiş, tabeçiliyində olan işçiləri təlimatlandırmaq, onlara tapşırıqlar verilməsinə və onların işinə nəzarət edilməsinə cavabdeh məsul şəxs olaraq “6599 saylı əmək müqaviləsinə əlavə”nin 5-ci (sahədə texniki təhlükəsizlik və əməyin qorunması normalarını təmin etmək) abzaslarının tələblərini, həmçinin “Yük qaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.5.19-cu bəndinin tələblərini pozaraq xx.xx.2024-cü ildə Şahid tərəfindən yükün yerdəyişməsi işinin qarmaqlar və ya dartıcı burazlardan istifadə olunmaqla yerinə yetirilməsini təmin etmədiyinə görə metal yerləşdirən Şahid ıli ilə pəstahların yönünü dəyişmək istədikdə pəstahlar yerindən oynamış və əli iki pəstahın arasında qalmışdır. Nəticədə ona dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sol əlin V barmağın distal falanqasının açıq yerdəyişən sınıqları, sol əlin İİİ, İV barmağının proksimal falanqasının arxa səthlərinin, sol əlin V barmağının medial (orta) falanqasının arxa səthinin, sol əlin İV barmağının proksimal falanqasının ovuc səthinin, sol əlin V barmağının dırnaq falanqasının iki ədəd yaraları yaranmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər prokurorunun köməkçisi X2 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasında xx.xx.1993-cü il təvəllüdlü Şahid işlədiyi “X4” QSC-yə məxss “Azərboru” zavodunda iş zamanı sağ əl nahiyəsindən xəsarət alması barədə məlumat daxil olmuş və həmin fakt üzrə araşdırma aparılmışdır. Araşdırma zamanı hadisə yerinə baxış keçiriilmiş, izahatlar alınmış, sorğular verilmiş, məhkəmə-tibbi, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin edilmiş və digər zəruri araşdırmalar aparılmışdır. Məhkəmə tibbi-ekspertizanın rəyinə əsasən Şahid dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət alması, məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəyinə əsasən isə cəmiyyətdə böyük usta vəzifəsini icra etmiş şəxsin tabeçiliyində olan işçilərə nəzarət etməklə onlar tərəfindən yükün yerdəyişməsi işinin qarmaqlar və ya dartıcı burazlardan istifadə olunmaqla yerinə yetirilməsini təmin etmədiyinə görə, “6599 saylı əmək müqaviləsinə əlavə”nin 2, 5-ci abzaslarının və “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.5.19-cu bəndinin tələblərini pozması öz təsdiqini tapmışdır. Həmin vax isə “Azərboru” İB-də böyük usta vəzifəsini Şəxs icra etmişdir. Toplanmış material üzrə cinayət hadisəsi olmadığı üçün Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin, əməldə inzibati xəta hadisəsi olduğu üçün Şəxs barəsində inzibati icraat başlanmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, 1986-cı ildən etibarən “X4” QSC-nin Azərboru istehsalat sahəsinin isti şöbəsinin böyük ustası işləyir. İstehsalat sahəsinin fəaliyyəti daxil olan pəstahların qızıdırılaraq dəmir boru halına gətirilməsindən ibarətdir. Belə ki, QSC-nin əsas zavodundan daxil olan pəstahlar qızdırıcı dairəvi sobalara yerləşdirilərək tam şəkildə bişirilməklə boru halına gətirilir, ondan quraşdırılmaya hazır vəziyyətə gətirildikdən sonra müvafiq yerlərə maşınlarla çatdırılır. Onun əmək fəaliyyəti, istehsalat prosesində qəza və hadisələrin qarşısının alınması məqsədilə qanunvericilik, prosedur və standartlarının tələblərinin icrasına nəzarət etmək, işçilərin biliklərinin yoxlanması, təhlükəsiz iş üsullarının öyrədilməsi və təlimatlandırmanın təşkilindən ibarətdir. Belə ki, Şahid xx.xx.2024-cü il tarixdə “X4” QSC-də təlim keçdikdən sonra onların işlədiyi sahəyə fəhlə (dairəvi sobaya metal yerləşdirən) olaraq işə düzəlmişdir. Onun vəzifəsi qaldırıcı kran vasitəsilə sobanın masasına endirilən pəstahların düzgün formada düzülərək yerləşdirilməsi və dairəvi sobaya gedən yükləyici maşın vasitəsilə pəstahı dairəvi sobaya yerləşdirməkdən ibarət olmuşdur. Lakin, həmin vaxt sınaq müddətində olduğundan hələ konkret işə başlmamış, əvvəlcədən təcrübəsi olan işçilərin yanında durub iş prosesini izləməsi və öyrənməsi ona tapşırılmışdır. xx.xx.2024cü il tarixdə saat 16:00-da istehsalat sahəsində növbə dəyişdikdən sonra, dairəvi sobaya metal yerləşdirən olaraq işləyən Vüqar Xəlilli, Şahid ilə birlikdə ona yaxınlaşaraq Mahmudun əlinin əzildiyini bildirmiş, o, dərhal Mahmudu tibb məntəqəsinə apararaq ilkin tibbi yardım göstərilməsini təmin etmiş, sonra isə Şahid Sumqayıt TTYX-a çatdırılmışdır. O, Mahmudun hansı şəraitdə xəsarət aldığını görməmiş, lakin sonradan onun kran vasitəsilə pəstahlar endirilərkən sol əlinin pəstahların arasında qaldığını öyrənmişdir. Həmin masada pəstahlara dəmir vasitəsilə yön verilir, Şahid dəfələrlə onun tərəfindən və digər əməkdaşlar tərəfindən masa ətrafında əl ilə hər hansı iş görülməməsi barədə xəbərdarlıq edilsə də, sonuncu buna məhəl qoymamışdır. Hadisə baş verən zaman Şahid üzərində təhlükəsizliyin təmin olunması ilə əlaqədar lazımi geyim olmuşdur. Yəni, şirkət tərəfindən verilmiş göy uniforma, əlcək və ayaqqabı olmuşdur. İşə başlamazdan əvvəl işçilərə ilkin təlimatı bütün hallarda növbə ustaları tərəfindən keçirilir. Lakin, Şahid həmin vaxt sınaq müddətində olduğundan ona təlimat onun tərəfindən keçirilmişdir. Buna səbəb sınaq müddətində olan işçilərə təlimatın böyük ustalar tərəfindən keçirilməsidir. Göründüyü kimi o üzərinə düşən vəzifəni tam şəkildə yerinə yetirmiş, işçini təlimatlandırmış, lakin işçi özbaşına təlimatdan kənara çıxdığı üçün xəsarət almışdır. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Şahid izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü ildən etibarən “X4” QSC-nin Azərboru istehsalat sahəsində fəhlə (dairəvi sobaya metal yerləşdirən) olaraq işləmişdir. Zavodun fəaliyyəti daxil olan pəstahların qızdırılaraq dəmir boru halına gətirilməsindən ibarətdir. Belə ki, QSC-nin əsas zavodundan daxil olan pəstahlar qızdırıcı dairəvi sobalara yerləşdirilərək tam şəkildə bişirilməklə boru halına gətirilir, quraşdırılmaya hazır vəziyyətə gətirildikdən sonra müvafiq yerlərə maşınlarla çatdırılır. Onun əmək fəaliyyəti, qaldırıcı kran vasitəsilə sobanın masasına endirilən pəstahların düzgün formada düzülərək yerləşdirilməsi və dairəvi sobaya gedən yükləyici maşın vasitəsilə pəstahı dairəvi sobaya yerləşdirməkdən ibarətdir. O, istehsalat sahəsində yeni işə başladığı üçün sınaq müddətinə təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə işdə olarkən saat 17 radələrində kran vasitəsilə sobanın masasına endirilən pəstahlarm düzgün formada masaya endirilməsini təmin etmək üçün masanın üzərinə çıxmışdır. Həmin vaxt kran məftil ilə bağlı şəkildə 8-9 ədəd pəstahı masanın üzərinə endirirdi. O, əli ilə pəstahların yönünü dəyişmək istədikdə pəstahlar yerindən oynamış və əli iki pəstahın arasında qalmışdır. Həmin vaxt o, dərhal kranı idarə edən xanıma əli ilə işarə edərək pəstahları tez bir zamanda qaldırmasını istəmişdir. Bu zaman kran pəstahları qaldırmış, əli iki pəstahın arasından çıxmışdır. Sol əlinin iki barmağı hadisə nəticəsində xəsarət almış, dərhal operatora məlumat vermiş, sonuncu öz növbəsində böyük usta Valih müəllimə məlumat vermiş, daha sonra onlar tibb məntəqəsinə oradan isə Sumqayıt şəhər TTYX-a gəlmişdir. Hadisə baş verən zaman onun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar lazımi geyim olmuş, yəni şirkət tərəfindən verilmiş göy uniforma, əlcək və ayaqqabı olmuşdur. Zavodda işə başlamazdan əvvəl işçilərə ilkin təlimatı bütün hallarda növbə ustaları tərəfindən keçirilir. O, işə başlamazdan əvvəl sınaq müddətində olduğundan təlimat böyük usta Şəxs tərəfindən keçirilmişdir. Həmçinin bildirmişdir ki, işlədiyi müddət ərzində orada pəstahlara digər şəxslər də əli ilə yön verirlər, çünki orada iş bu cür qurulub, başqa cür mümkün deyil. Həmçinin bildirmişdir ki, hadisədən sonra əlində hələ də xəsarət qalmışdır, hadisə vaxtı xəstəxanya aparılaraq ona yardım edilsə də ona sonradan hər hansı əlavə yardım edilməmişdir. Göstərilən halları nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası İXM-in 198.3-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün və zərərçəkmiş şəxsin izahatları, məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik texnikası ekspertizalarının rəyləri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər prokurorunun köməkçisi İmran Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rəd edilməsi haqqında qərardan görünür ki, tolanmış material üzrə cinayət hadisəsi olmadığı üçün Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs barəsində inzibati icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 89 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şahid tibbi sənədlərinin təhlilinə əsasən o, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər TTYX-nın travma şöbəsinə daxil olmuş yə ona “sol əlin İV barmağının əsas falanqasının, sol əlin V barmağın distal falanqasının açıq yerdəyişən sınıqları, əzilmiş yaraları” diaqnozu qoyulmuşdur. Sol əlin ön-düz və yan proyeksiyada çəkilmiş rentgenoqrammasında İV barmağın əsas falanqasının orta-aşağı 1/3-nin yerdəyişən, sol V barmağın orta distal falanqasının yerdəyişməyən sınıqları izlənilmişdir. Yerli keyləşdirmə altında yaralar antiseptiklərlə işlənilərək birinci cərrahi işlənmiş, gips langeti qoyulmuşdur. Xəstə xx.xx.2024-cü il tarixdə ambulator müalicəyə yazılmışdır. 14 və xx.xx.2024-cü il tarixlərdə zərərçəkmiş ekspert tərəfindən müayinə olunarkən onda sol əlin İV barmağının əsas falanqasınm, sol əlin V barmağın distal falanqasının açıq yerdəyişən sınıqları, sol əlin İİİ barmağının proksimal falanqasının arxa səthinin, sol əlin İV barmağının proksimal falanqasının arxa səthinin, sol əlin V barmağının medial (orta) falanqasının arxa səthinin, sol əlin İV barmağının proksimal falanqasının ovuc səthinin, sol əlin V barmağının dırnaq falanqasının 2 (iki) ədəd yaraları müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/9075 saylı məhkəmətəhlükəsizlik texnikası ekspertizasının rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.5.19 bəndinin (“f” və “d” abzaslarının) və təqdim edilmiş iş materiallarında olan “6599 saylı əmək müqaviləsinə əlavə”nin 2 və 5-ci abzaslarının tələbləri pozulmuşdur. Müəyyən edilmiş pozuntularla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmaması hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətindən kənardır. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılıb dairəvi sobaya metal yerləşdirən vəzifəsində işə buraxılmış Şahid yükqaldırıcı kranla işlərin aparılması zamanı yükün yerdəyişməsinin əl ilə aparılmaması tapşırılmasına baxmayaraq, sonuncu pəstahların yerdəyişməsini müvafiq uzunluqda qarmaqlar və ya dartıcı burazlar vasitəsilə yerinə yetirmədiyinə görə, “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.5.19-cu bəndinin (“f” və “d” abzaslarının) tələbləri Şahid tərəfindən pozulmuşdur. Tabeçiliyində olan işçilərə nəzarət etməklə onlar tərəfindən yükün yerdəyişməsi işinin qarmaqlar və ya dartıcı burazlardan istifadə olunmaqla yerinə yetirilməsini təmin etmədiyinə görə, “6599 saylı əmək müqaviləsinə əlavə”nin 2, 5-ci abzaslarının və “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.5.19-cu bəndinin tələbləri cəmiyyətdə böyük usta vəzifəsini icra etmiş şəxs(lər) tərəfindən pozulmuşdur. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək işçiləri tam təlmatandırdığını, işçinin təlimatlara əməl etməyərək əməyin mühafizəsi qaydalarını özü pozduğunu, ona görə də onun heç bir təqsirinin olmaması qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, vəzifəli şəxs kimi “X4” QSC-yə məxsus “Azərboru” İB-də böyük usta vəzifəsində işləmiş Şəxs vəzifəsi yalnız tabeçiliyində olan işçiləri təlimatlandırmaqla məhdudlaşmır, onun vəsifəsi həmçinin tabeçiliyində olan işçilərin işinə nəzarət edilməsi, sahədə texniki təhlükəsizlik və əməyin qorunması normalarını təmin etməkdən ibarətdir. İndiki halda Şəxs qeyd edilən vəzifələrini yerinə yetirməməsi, yəni tabeçiliyində olan işçinin (konkret halda Şahid) işinə nəzarət etməməsi, onun işlədiyi sahədə texniki təhlükəsizlik və əməyin qorunması normalarını təmin etməməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İş üzrə məsuliyyəti istisna edən yaxud icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci bəndinin 5-ci yarımbəndinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi şəraitini təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda u Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 198.3-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə məqsədə uyğundur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ekspertiza xərcləri dövlətə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Ekspertiza xərci dövlətə aid edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-597/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-597/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver