Məhkəmə qərarları › İş №3(060)-598/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-598/2021

03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-598/2021 03.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X4 iclas katibliyi, Şikayət vermiş şəxs Mehdiquliyev Elnur Şükür oğlunun iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol patrul xidməti inspektoru X1 iştirakları ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 13.02.2021-ci il tarixli TP ******* saylı Qərarından Mehdiquliyev Elnur Şükür oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X5 Şükür oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 13.02.2021-ci il tarixli TP ******* saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi X6 izahat verərək bildirdi ki, X5 Şükür oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Dövlət yol polisi şöbəsi tərəfindən İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur ona görə ki, o, 13.02.2021-ci il tarixdə saat 10:29 radələrində Sumqayıt şəhəri, məhəllə 20 ərazisində Opel Vectra minik markalı avtomaşınla hərəkət edərkən yol hərəkəti qaydalarının pozaraq, nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Qəbul edilmiş qərarın surəti X3 təqdim edilmiş və o, qərarla razı olması barədə imza da etmişdir. Həmçinin qərar qəbul edilərkən sərxoşluq vəziyyətinin tibbi müayinəsi də keçirilmiş, avtonəqliyyat vasitəsi saxlanca qəbul edilmiş və bununla bağlı aktlar da tərtib olunmuşdur. Həmin sənədləri də məhkəməyə təqdim edir. Odur ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Mehdiquliyev Elnur Şükür oğlu izahatında bildirdi ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 13.02.2021-ci il tarixli TP ******* saylı Qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Şikayət ərizəsində həmin qərarla razılaşmadığını, onu qanuni və əsaslı hesab etmədiyini, həmin qərarı savadsızlığından irəli gələrək imza etdiyini, qərarda göstərilən hüquqpozuntularının heç birisini törətmədiyini göstərsə də, məhkəmə iclasındakı izahatında göstərdi ki, o inzibati tənbeh vermə haqqında qərar qəbul edilməzdən bir gün əvvəl spirtli içki qəbul etmişdir. Onun təsirinin səhəri günə qala biləcəyini təxmin edə bilməmişdir. Odur ki, 13.02.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan Mehdiquliyev Elnur Şükür oğluna təqdim edilmiş 13.02.2021ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 13.02.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Mehdiquliyev Elnur Şükür oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə inzibati xəta törətdiyinə görə barəsində 400 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Həmin qərarla razı olması barədə imza da etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 13 fevral 2021ci il tarixli 765 saylı aktın surətindən görünür ki, Mehdiquliyev Elnur Şükür oğlunda alkoqol sərxoşluğu vəziyyəti vardır. Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə 13.02.2021-ci il tarixli aktın surətindən görünür ki, Mehdiquliyev Elnur Şükür oğluna məxsus Opel markalı, **- DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanca qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 13.02.2021-ci il tarixli TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Mehdiquliyev Elnur Şükür oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Mehdiquliyev Elnur Şükür oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 13.02.2021-ci il tarixli TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Mehdiquliyev Elnur Şükür oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 13.02.2021-ci il tarixli TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar