Məhkəmə qərarları › İş №3(060)-599/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-599/2021

25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-599/2021 25.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta həqqında qərar çıxarılan şəxs X1 iştirakı ilə, X1 İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə cərimə olunmasına dair X4 Xidməti inspektorunun xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 Xidməti inspektorunun xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 (əlli) manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilən qərardan narazı qalan X1 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Saray qəsəbəsindən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən ekologiya postunda saxlanılmış, “VAZ” 21074 markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilinin ekoloji vəziyyətini yoxlamışlar, bildirmişdir ki, avtomobil sazdır. Sözünə məhəl qoymamış, ona protokol yazmışlar. Gedib avtomobilin ekoloji vəziyyətini yoxlatmış, avtomobilin saz olduğu məlum olmuşdur. Oradan qəbzi götürüb qayıtmış, qəbzi götürməmiş, “VAZ”da yoxlatmasını bildirmişlər. O “VAZ”a getmiş, orada da avtomobilin ekoloji vəziyyətini yoxlatmış, saz vəziyyətdə olduğu deyilmişdir, qəbzi yenə gətirib ona protokol yazan serjant Eldəniz Sultanova vermiş, Eldəniz Sultanov ona qəbzi pul verib aldığını bildirmiş, qəbul etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X2 şikayətini müdafiə etdi, şikayətini dəqiqləşdirərək barəsində tərtib edilmiş xx xxxxxx 2021ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi və avtomobilin ekoloji vəziyyətini yoxlatması barədə iki ədəd qəbzi məhkəməyə təqdim etdi. X1 təqdim etdiyi xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, “VAZ” 21074 markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobili ekoloji vəziyyəti yoxlanılmış və saz olmuşdur. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək X4 Xidməti inspektorunun xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, X1 əməlində inzibati xəta tərkibi yoxdur, onun avtomobili saz vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X2 barəsində X4 Xidməti inspektorunun xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 (əlli) manat cərimə edilməsinə dair X4 Xidməti inspektorunun xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar