Məhkəmə qərarları › İş №3(060)-599/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-599/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-599/2022 23.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü PB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1989-cu ildə Rusiya Federasiyası, Çita şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Sumqayıt şəhəri, H.əliyev prospekti, ev 125, mənzil 23-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 4-cü PB-nin polis sahə rəisi, polis baş leytenantı Şahmar Qəhrəmanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 23.02.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs 22.02.2022-ci il tarixdə saat 23:00-dan 24:00-dək olan müddətdə sərxoş vəziyyətdə Sumqayıt ŞPİ-nin 4-cü PB-də ucadan qışqırıb ünvansız söyüşlər söyməklə ictimai qaydanı pozmuş və bölmənin polis əməkdaşları tərəfindən nizam-intizama dəvət olunarkən qəsdən tabe olmamış və polisin iş rejimini pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt Şəhər Polis İdarəsi 4-cü PB-nin nümayəndəsi polis sahə rəisi, polis baş leytenantı X2 tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 22.02.2022-ci il tarixdə təxminən saat 23:00 radələrində sərxoş vəziyyətdə 4-cü PB-nə gəlmişdir. Məqsədi ondan ibarət olmuşdur ki, əvvəl işlədiyi yerdən çıxarıldığına görə yenidən işə bərpa olunmağı üçün 4-cü bölmədə polis sahə rəisi işləyən tanıdığı Sərdar müəllim ona köməklik etsin. Bölmədə onu görmədiyindən və işdə olmadığından işinin alınmayacağından əsəbiləşmiş, özündən asılı olmayaraq bölmənin daxilində olarkən ucadan qışqıra qışqıra danışaraq səs-küy salmış və ünvansız nalayiq söyüşlər işlətmişdir. Bu zaman polis əməkdaşı, yəni növbətçi onu nizamintizama dəvət etsə də, o öz hərəkətlərinə məhəl qoymayaraq davam etdirmişdir. Bu onun sərxoş vəziyyətdə olması və ailəsi üçün narahat olması ilə bağlı olmuşdur. Bu hal 1 saatdan artıq davam etmişdir. İndi əməlindən peşmandır, ailəlidir, bir daha belə bir hərəkətə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Mustafa X3 Ramil Nəsib oğlu barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 izahatında göstərdi ki, 22.02.2022-ci il tarixdə təxminən saat 23:00 radələrində PB-də xidmətdə olan bir nəfər şəxs PB-nə daxil olaraq heç bir səbəb bildirmədən PB-nin daxilində ucadan danışmağa, ünvansız nalayiq ifadələr işlətməyə başlamış, həmin şəxsdən nə üçün belə etdiyini soruşduqda həmin şəxs öz hərəkətlərinə davam edərək PB-nin iş rejimini pozmuşdur. Həmin şəxsdən özünü təqdim etməsinixahiş etdikdə həmin şəxs ucadan səs-küy salmış və ilk öncə özünü təqdim etməkdən imtina etmiş, lakin sonradan özünü təqdim edərək Şəxs olduğunu bildirmişdir. Sonuncu ilə söhbət zamanı nəfəsindən kəskin spirt qoxusu gəlmişdir. Həmin şəxs müayinə olunmaq üçün Sumqayıt RND-nə aparılmış, A/275 saylı müayinə protokolu ilə Ramil Səmədoivun orta dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. Şəxs PB-nə gələn zaman sifət nahiyəsində müxtəlif xəsarətlər olduğu görülmüş, bu barədə ona sual olunan zaman xəsarətləri yıxılaraq aldığını qeyd etmişdir. Şəxs PB-də olan zaman dəfələrlə nizam intizama dəvət edilsə də, həmin şəxs buna məhəl qoymamış, PB-nin daxilində ucadan səs-küy yaratmağa, nalayiq küçə söyüşləri söyüşləri söyməyə, PB-nin iş rejimini pozmağa davam etmişdir. Məhkəmə icalsında Şahid2 digər Şahid1 izahatında dedikləri təsdiq etdi. İş materiallarında olan 23.02.2022-ci il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs oğlu 23.02.2022-ci il tarixdə, saat 02:00-də inzibati qaydada tutulmuş, 23.02.2022-ci il tarixdə saat 15:25-də azad olunmuşdur. İş materiallarında olan A/275 nömrəli, 23.02.2022-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs 23.02.2022-ci il tarixdə, saat 01:20-da orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunu, protokol tərtib etmiş şəxsi və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs oğlu 22.02.2022-ci il tarixdə saat 23:00-dan 24:00-dək olan müddətdə sərxoş vəziyyətdə Sumqayıt ŞPİ-nin 4-cü PB-də ucadan qışqırıb ünvansız söyüşlər söyməklə ictimai qaydanı pozmuş və bölmənin polis əməkdaşları tərəfindən nizam-intizama dəvət olunarkən qəsdən tabe olmamış və polisin iş rejimini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində uşağı olması və peşman olmasıdır, məsuliyyətini ağırlaşdıran hal isə xətanı sərxoş vəziyyətdə törətməsidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, törədilmə yerini və şəraitini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İşdəki tutma protokolundan görünür ki, Şəxs oğlu 23 fevral 2022-ci il tarixdən, saat 02:00-də tutulmuşdur. Ancaq işin hallarına görə o inzibati xətanı 23 fevral 2022-ci il tarixdən, saat 23:00 radələrində törətmiş, polis əməkdaşları tərəfində sakitləşdirilərək saxlanılmış, 02:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati həbsin əvvəli 23 fevral 2022-ci il tarixdən, saat 02:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 23 fevral 2022-ci il tarixdən, saat 02:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar