Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-6/2021 01.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 11-ci küçə, ev 27 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 01.07.2020-ci il tarixdə vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qubadlı rayon Polis Şöbəsi tərəfindən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 3 (060)-1212/2020 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilmişdir. Həmin qərardan Şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3 (105)-377/2020 saylı, 22.09.2020-ci il tarixli qərarı ilə Şəxs şikayəti qismən təmin edilmiş, onun AR İXM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə təqsirli bilinməsi və cərimə olunması barədə Sumqayıt şəhər Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 3 (060)-1212/2020 saylı qərarı ləğv edilərək işə yenidən baxılması üçün material Sumqayıt şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 3 (060)-1212/2020 saylı, 16.11.2020-ci il tarixli qərardadı ilə iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktlar arasında uyğunsuzluq olduğundan iş üzrə sərxoşluğun təyini ekspertizası təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs izahatında bildirdi ki, barəsində Qubadlı rayon Polisi Şöbəsi tərəfindən tərtib edilmiş protokol qanunsuz olmuşdur. Belə ki, 01 iyul 2020-ci il tarixdə saat 08:55-də onu heç bir polis əməkdaşı saxlamamış, həmin vaxt tibbi müayinədən keçməmiş, ümumiyyətlə bu məqsədlə hər hansı tibb müəssisəsində olmamışdır. 01 iyul 2020-ci il tarixdə o, evdən çıxmaq üçün sms-icazədən istifadə etmiş, bu məqsədlə səhər saat 08:44-də 8103-ə 1-ci indeks üzrə sms göndərmiş, saat 08:59-da ona yaşayış yerini tərk etməsiylə bağlı icazə verilməsi barədə sms gəlmişdir. əgər polis əməkdaşları onu protokolda göstərilmiş vaxtda saxlamış olsaydı İXM-nin 211-ci maddəsi ilə protokol tərtib etmiş olardı. Bundan başqa 01 iyul 2020-ci il tarixdə o, Respublika Narkoloji Mərkəzinə gedərək sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədilə müayinə olunmuş, 01.07.2020-ci il tarixli, 2/4391 nömrəli protokola əsasən ayıq olduğu və onda sərxoşluğun əlamətlərinin olmadığı müəyyən edilmişdir. Odur ki, barəsində inzibai xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan 01.07.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01.07.2020-ci il tarixdə, saat 08:35-də VAZ 21154 minik markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 3520 saylı, 01.07.2020-ci il tarixli akta əsasən Şəxs alkoqol sərxoşluğu vəziyyəti vardır. İş materiallarında olan 2/4391 saylı, 01.07.2020-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında protokoldan görünür ki, müayinə edilən vaxt Şəxs ayıq vəziyyətdə olmuş, onda alkoqol əlamətləri olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş qiyabi ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 17.12.2020-ci il tarixli, 3492 saylı rəydən görünür ki, alkoqol qəbulundan sonra 1 saat ərzində qanda alkoqolun miqdarı təxminən 0,1 – 0,2 promil 0/00 azalır, aşağı düşür. Belə ki, 01.07.2020-ci il tarixdə saat 08:55-də alkometr 500 cihazı ilə müayinə zamanı göstərici 0,32 % olduğunu nəzərə alınsa, 01.07.2020-ci il tarixdə, saat 12:25-də göstəricinin 0,00 promil olması mümkündür. Şəxs müayinə edildiyi 01.07.2020-ci il tarixə, saat 12:25-dək olan müddət ərzində sərxoşluğun aradan qalxması mümkündür. Beləliklə, 01.07.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan, qiyabi ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 17.12.2020-ci il tarixli, 3492 saylı ekspert rəyindən və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, vətəndaş Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-6/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-6/2021
01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver