Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-6/2023 12.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 10, İİ paralel küçə, məhəllə 6 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən 06 may 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1601/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə aliment borcu 7488 manat, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5662/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 1000 manat borc Zərərçəkmiş şəxs qızına verilməlidir. Borclu borcunu ödəməkdən üzürsüz səbəbdən yayınmışdır. Xəzər Rayon Məhkəməsinin 2(003)-1601/2018 saylı, xx.xx.2018-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5662/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinə əsasən Şəxs barəsində tərtib edilmiş İnzibati Xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1129/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1129/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayət verilmiş, inzibati xəta haqqında iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin 3(105)-341/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1129/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında material yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati işinin baxışı zamanı iş üzrə dindirilməsi zəruri olan inzibati xəta törədən şəxs Şəxs heç bir üzürlü səbəblər olmadan məhkəməyə gəlmədiyinə görə barəsində xx.xx.2022-ci il tarixdə məcburi qaydada məhkəməyə gətirilməsi və iş üzrə icraat dayandırılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat təzələnmiş və işin məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə saat 15:35-ə təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1601/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə aliment borcu 7488 manat, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5662/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 1000 manat borc Zərərçəkmiş şəxs qızına verilməlidir. Həmin borc tələbkarla bir yerdə yaşadıqları zaman yarandığından onların arasında olan razılaşmaya həmin borca xitam verilmiş, həmin vaxtdan bu günədək ödənişlər vaxtı-vaxtında olunur. Tələbkarla razılığa gəldiyinə və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tələbkar Zərərçəkmiş şəxs müvafiq olaraq gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, borclu Şəxs törətdi inzibati əmələ görə xx.xx.2022-ci il tarixdə protokol tərtib olunduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Xəzər Rayon Məhkəməsinin 2(003)-1601/2018 saylı, xx.xx.2018-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5662/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə icra tədbirlərinin davam etdirilməsi icra məmuruna tapşırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5, 53.1.6 və 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-1601/2018 saylı, xx.xx.2018-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5662/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə icra tədbirlərinin davam etdirilməsi icra məmuruna tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-6/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-6/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver