Məhkəmə qərarları › İş №3(060)-601/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-601/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-601/2024 12.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis baş leytenantı X1 Zərərçəkmiş şəxs X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 12 mart 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində X2 yaşadığı Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivində yerləşən fərdi evə gələrək həyətin çöl qapısını daş və təpiklə döyüb sonuncunu nalayiq ifadələrlə təhqir edərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis baş leytenantı X3 tərtib etdiyi protokola uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, X2 onun bacısı Afətə pul borcu olmuşdur. Həmin pulun tələb edilməsi məqsədi ilə o və bacısı xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində X2 yaşadığı Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivində yerləşən fərdi evə gəlmiş, sonuncunu çölə çağırmış, qışqırsalarda Tahirə çölə çıxmamışdır. Onlar darvazanı əlləri ilə döymüş, lakin heç bir təhqiredici ifadə işlətməmişlər. Evlidir, himayəsində biri azyaşlı-səkkiz yaşlı olmaqla üç övladı var. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində əvvəlcədən tanıdığını Nəzirə və Afət bacıları onun yaşadığı Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivində yerləşən fərdi evə gəlmiş, həyətin darvazasını təpik və daşla döymüşlər. Onların bu hərəkətindən qonşular narazı olmuş, hətta DİN-nin 102 xidmətinə şikayət etmişlər. O, bir dəfə qapıya çıxmış, onlara öz etirazını bildirsə də bacılar ona qarşı nalayiq ifadələr işlətmişlər. Hazırda Şəxs şikayətçidir, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. xx.xx.2024-cü il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 18:30 radələrində X2 yaşadığı Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivində yerləşən fərdi evə gələrək həyətin çöl qapısını daş və təpiklə döyüb sonuncunu nalayiq ifadələrlə təhqir edərək xırda xuliqanlıq etmişdir. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və 50 (əlli) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar