Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-602/2025 07.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin Təhlükəsiz görülməsi və X1 Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiallara işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin Təhlükəsiz görülməsi və X1 Agentliyi tərəfindən Şəxs və X2 barəsində Azərbaycan Respublikası İXMnin 398-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialın Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta işin materialları Azərbaycan Respublikası İXM-in tələblərinə müvafiq olaraq hazırlamamışdır. Belə ki, iş materiallarına əsasən iki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokollar eyni müşayiət məktubu ilə məhkəməyə göndərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iki ayrı şəxs barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edildiyindən, onların barəsində olan işə də məhkəmədə ayrı icraatda baxılmalıdır. Bu səbəbdən də inzibati xəta haqqında protokollar da məhkəməyə ayrıayırlıqda göndərilməlidir. Azərbaycan Respublikası İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsi məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin Təhlükəsiz görülməsi və X1 Agentliyindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin Təhlükəsiz görülməsi və X1 Agentliyindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-602/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-602/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver