Məhkəmə qərarları › İş №3(060)-603/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-603/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-603/2024 13.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 09:15 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində polisin ünvanına nalayiq ifadələr işlədərək PB-nə gəlməkdən imtina edərək polisin qanuni tələbinə məhəl qoymamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X5 raportla müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində PBnin əməliyyat müvəkkili, polis baş leytenantı Mikayıl Əsgərovla birlikdə Şəxs Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 7B-nin qarşısında olması müəyyən edilmiş, həmin yerdə olan Şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-də olan material ilə əlaqədar olaraq dəvət edilmiş, Şəxs heç bir yerə gəlməyəcəyini deyərək polisin ünvanına nalayiq ifadələr işlətməyə başladı. Şəxs dəfələrlə nizam intizama dəvət etsəkdə o onların qanuni tələblərinə məhəl qoymararaq öz hərəkətlərinə davam etmiş, ətrafdakı şəxsləri özünə cəlb etmişdir. Dəfələrlə onu nizam intizama dəvət etsələr də, vətəndaş onların qanuni tələblərinə məhəl qoymayaraq polisin ünvanına nalayiq ifadələr işlətməyə davam edirdi. Sonradan həmin şəxs tərəflərindən Sumqayıt ŞPİ-nin 1-ci PB-ə gətirilmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, 05 mart 2024-cü il tarixdən başlayaraq onun istifadəsində olan telefon nömrəsinə zənglər gələrək Elçin adlı şəxsi soruşmuşlar. O, dəfələrlə zəng edən şəxsə Elçin olmadığını və bu nömrənin ona məxsus olduğunu bildirsə də, həmin şəxs yenə də zəng edərək onu narahat etmişdir. Mart ayının 8-i həmin şəxs yenə ona zəng edərək Elçini soruşmuş, o, Elçin olmadığını ona bildirmiş, sonra zəng edən şəxs ona nəlayiq idafələr işlətmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 09:30 radələrində onun istifadəsində olan telefon nömrəsinə zəng gəlmiş, zəng edən şəxs özünü təqdim edərək polis əməkdaşı olduğunu və adının Nurlan olduğunu demiş, o, ondan nəyə görə zəng etdiyini soruşduqda isə polis əməkdaşı ona birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olduğunu bildirmişdir. O, əvvəl çıxaraq həyətə düşmüş və polis əməkdaşlarının avtomobilinə əyləşərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmişdir. Həmçinin o, polis əməkdaşları ilə mübaisə etməmiş və onlara nəlayiq ifadələr işlətməmişdir. Ona görə də, barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X5 bildirdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin icraatında Şəxs barəsində material olduğu üçün xx.xx.2024-cü il tarixdə səhər saat 09:30 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 7B-nin qarşısına getmiş, Şəxs zəng etmiş və birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməsini bildirmişdir. O, əvvəl razı olmamış, özü PB-nə gələcəyini bildirmiş, aralarında mübahisə yaranmışdır, lakin onlara qarşı nəlayiq ifadələr işlətməmişdir. Sonradan onların təkidinə əsasən həmin şəxs tərəflərindən avtomobilə əyləşdirilərək Sumqayıt ŞPİ-nin 1-ci PB-ə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə səhər saat 09:30 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 7B-nin qarşısında olan zaman bir nəfər şəxsin mülki geyimdə olan polis əməkdaşları ilə mübahisə etdiyi görmüş və sonradan həmin şəxs avtomobilə əyləşdirilərək aparılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 16:50 radələrində azad edilmişdir. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Şəxs ailəlidir və himayəsində 03 (üç) azyaşlı uşaq vardır. İş materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş 647 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs sərbəst güləş idman növü üzrə Azərbaycan Respublikasının Əməkdar Məşqçi fəxri adı verilmişdir. İş materiallarında olan Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilmiş 127711 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs qardaşı X6 müharibə veteranıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidin ifadələrini, vəkilin çıxışını dinləyərək və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2 və 114.2.1-ci maddələrinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar