Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-604/2021 04.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Şikayət vermiş şəxs X1, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Vəzifəli şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 11 fevral 2021-ci il tarixli, 00100/0248 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 11 fevral 2021-ci il tarixli, 00100/0248 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt şəhər Məhkəməsinə 17.02.2021ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən şikayətçi X3 izahatında bildirdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 00100/0248 saylı 11 fevral 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 00100/0248 saylı 11 fevral 2021-ci il tarixli qərarını tamamilə qanunsuz və əsassız hesab edir. Ona istinad olunan inzibati xətanı törətməmiş, İXM-nin 485.2-ci maddəsinin tələbini pozmamışdır. Barəsində tərtib olunmuş protokol və həmin protokol əsasında qəbul edilmiş qərar əsassız və qanunsuzdur. Belə ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və əsas fəaliyyət istiqaməti Sumqayıt şəhərində avto nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satışından ibarətdir. Sonuncu dəfə bu məqsədlə Koreya Respublikasından AZE20200604-02KR nömrəli 09.06.2020-ci il tarixli invoys üzrə ehtiyat hissələri idxal etdiyini onun adına DD177FF/Gİ999H nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş və **********7669 sorğu nömrəli 08.02.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan etdiyi yüklərə dair elektron qaydada qısa idxal bəyannaməsinin verilməmişdir, ona görə ki, həmin malların hansı tarixdə gəlməsi barədə əvvəlcədən məlumatının olmamış, həmin malların sifarişini vermiş və göndəriləcəyini əvvəlcədən bilmiş, lakin göndərilən vaxtda göndərən şirkət ona malların göndərilməsi barədə məlumat verməmiş, həmçinin müşayiət sənədlərini göndərmədiyi üçün qısa idxal bəyannaməsini verə bilməmişdir. Onun əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də şikayətinin təmin olunmasını, barəsində inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 izahatında bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Resəublikasının vətəndaşı X1 ünvanına Koreya Respublikasından AZE20200604-02KR nömrəli 09.06.2020-ci il tarixli invoys əsasında DD177FF/Gİ999H nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yüklər **********7669 sorğu nömrəli 08.02.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. **********7669 sorğu nömrəli 08.02.2021-ci il tarixli gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, X1 ünvanına DD177FF/Gİ999H nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal idxa bəyannaməsi təqdim edilməmişdir. Nəticədə gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı X1 ünvanına daxil olmuş malların daşındığı DD177FF/Gİ999H nömrəli nəqliyyat vasitəsinin 05.02.2021ci il saat 09:52-də Qərb Əraz Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postundan keçməklə gömrük ərazisinə daxil olduğu, lakin həmin nəqliyyat vasitələrində ölkə ərazisinə gətirilən mallara dair elektron qaydada qısa idxal bəyannaməsinin verilmədiyi məlum olmuşdur. Odur ki, X3 barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş 11 fevral 2021-ci il tarixli, 00100-0252/21 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 11 fevral 2021-ci il tarixli, 00100/0248 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 11 fevral 2021-ci il tarixli, 00100-0252/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Resəublikasının vətəndaşı X1 ünvanına Koreya Respublikasından AZE20200604-02KR nömrəli 09.06.2020-ci il tarixli invoys əsasında DD177FF/Gİ999H nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yüklər **********7669 sorğu nömrəli 08.02.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. **********7669 sorğu nömrəli 08.02.2021-ci il tarixli gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, X1 ünvanına DD177FF/Gİ999H nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal idxa bəyannaməsi təqdim edilməmişdir. Nəticədə gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı X1 ünvanına daxil olmuş malların daşındığı DD177FF/Gİ999H nömrəli nəqliyyat vasitəsinin 05.02.2021-ci il saat 09:52-də Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postundan keçməklə gömrük ərazisinə daxil olduğu, lakin həmin nəqliyyat vasitələrində ölkə ərazisinə gətirilən mallara dair elektron qaydada qısa idxal bəyannaməsinin verilmədiyi məlum olmuşdur. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarışdan görünür ki, X1 ünvanına daxil olmuş malların daşındığı DD177FF/Gİ999H nömrəli nəqliyyat vasitəsinin 05.02.2021-ci il saat 09:52-də Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postundan keçməklə gömrük ərazisinə daxil olmuş, lakin həmin nəqliyyat vasitələrində ölkə ərazisinə gətirilən mallara dair elektron qaydada qısa idxal bəyannaməsinin verilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 11 fevral 2021-ci il tarixli, 00100/0248 saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X3 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 11 fevral 2021-ci il tarixli, 00100/0248 inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 11 fevral 2021-ci il tarixli, 00100/0248 saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 11 fevral 2021-ci il tarixli, 00100/0248 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-604/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-604/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver