Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-606/2021 17.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, Protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X10, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs oğlunun və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxslər- X18 və X9 iştirakları ilə, xx.xx.1985-ci ildə Naxçıvan MR, Şərur rayonu, Dizə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat bağları həyət evi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 17.02.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 14.111.2020-ci il Sumqayıt şəhəri Corat bağları ərazisində X18 və X11 döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X16, Şəxs barəsində onun X18 və X11 döyməsi ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsinə dair 25.11.2020-ci il tarixdə qərar çıxarıldığını, bu səbəbdən də əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə inzibati xətaya dair protokol tərtib olunduğunu bildirərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, 2017-ci il tarixdə hazırki yaşadığı Corat bağlar massivində yerləşən 2399A nömrəli bağ evini X1, Ağamalıyev Vüsal həmin evi ondan hipoteka yolu ilə almış, lakin alandan bir ay sonra aralarındakı razılıq əsasında o və ailə üzvləri həmin ünvanda yaşamaqda davam etməklə yenidən Ağamalıyev Vüsal evi ona satmış və bank öhdəliyini o öz üzərinə götürmüş, həmin vaxtdan etibarən hər ay banka ödənişləri edirmiş, lakin pandemiya dövründə işləmədiyindən ödənişləri edə bilməmiş, bu səbəbdən də Günay Bankın işçisi Əsədov Elvin ödəniş etməməyinə görə X4 aldadaraq ondan həmin mülklə bağlı öz adına etibarnamə yazdırıb sonradan isə onu və ailə üzvlərinin həmin ünvandan çıxarılmalarına dair məhkəməyə iddia qaldırmışdır. Nəticədə məhkəmənin qərarı ilə 12.11.2020-ci il tarixdə o və ailə üzvləri yaşadığı ünvandan çıxarılmışdır. Lakin ailə üzvlərinin və valideynlərinin yaşamağa başqa yeri olmadığı üçün və anası X5 həmin ünvana qeydiyyatı olduğu üçün və eləcə də havalar soyuq olduğundan körpə uşaqlarının bayırda qalmaması üçün bir gün keçmiş anası və uşaqları yenidən həmin ünvana qayıtmışlar. 14.11.2020-ci il tarixdə saat 19.00-20.00 radələrində Sumqayıt şəhərində olarkən anası ona zəng edərək bank işçilərinin evin qapısını sındırdığını bildirmişdir. O, dərhal atası atası Mirtağını götürüb bank işçiləri ilə görüşüb söhbət etmək üçün həmin ünvana yollanmış və ev yerləşən küçənin başlanğıcında bank işçiləri Elvin və Zaminin öz avtomaşınları ilə digər hansısa avtomaşınla toqquşmalarını görmüşdür. Zaminin avtomaşının qarşısını kəsməmişdir. O, Elvin və Zaminə yaxınlaşıb ünvana gəlmələri barədə onlara irad tutmuş, həmin şəxslər isə yenidən evə soxularaq ondan polisə şikayət edəcəklərini bildirmişlər. Bundan sonra o və atası yaşadığı ünvana getmişlər. Hadisə vaxtı avttomaşınında özü və atası Mirtağı olmuş, kənar başqa şəxslər olmamışdır. X18 və X12 heç bir zor tətbiq etməmiş, onları vurmamışdır. Odur ki, barəsində iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X15 izahatında bildirdi ki, Günay Bankın baş ofisində kredit şöbəsində işləyir. X2 bank tərəfindən verilmiş hipoteka krediti ilə Sumqayıt şəhəri Corat bağlar massivində yerləşən 2399A nömrəli bağ sahəsi almışdır və hipoteka şərtlərinə görə ayıq ödənişlər etməli imiş. Ağamalıyev Vüsala həmin ünvanı Şəxs satmışdır və aralarında olan razılaşmaya əsasən Şəxs həmin ünvanda yaşayır. Buna baxmayaraq 2020-ci ilin əvvəlində Ağamalıyev Vüsal özünə məxsus bağ evindən Şəxs məhkəmə yolu ilə çıxarılmasını tələb etmişdir və məhkəmənin qətnaməsinə əsasən 12.11.2020-ci il tarixdə icra şöbəsi məhkəmənin qətnaməsinini icra edərək Şəxs və ailə üzvlərini həmin ünvandan çıxartmışlar. Qeyd etdi ki, Sumqayıt şəhəri Corat bağlar massivində yerləşən 2399A nömrəli bağ sahəsinə dair Ağamalıyev Vüsalın bankı kredit şöbəsinin baş mütəxəssisi Elvin əsədova verdiyi etibarnaməsinə əsəsən Şəxs həmin ünvandan çıxarılandan sonra həmin ünvanı arabir yoxlamaq qərarına gəlmişlər və 14.11.2020-ci il tarixdə saat 19:00 radələrində Elvin Əsədovla birlikdə həmin ünvana getdikdə Şəxs ailə üzvlərinin evin qapısının qıfıllarını dəyişib bağ evinə daxil olduqlarını və yenidən həmin ünvanda yaşamalarını aşkar etmişlər qapının döyüb açmalarını xahiş etsələr də ünvanda yaşayanlar qapını açmamışlar. Sonra ünvandan uzaqlaşıb ətrafda saxladığı avtomaşınına əyləşmiş və avtomaşını hərəkətə salıb bir qədər 100-150 metr irəliləyəndə Şəxs öz idarə etdiyi avtomaşınla onların avtomaşının qabağını kəsmişdir. Bundan sonra Vüsal və Vüsalın maşınında olan 3-4 nəfər şəxs avtomaşından düşmüş və onların üstünə gəlmiş və yaxınlaşıb maşının qapısını açmağa cəhd etmələrini gördükdə o, avtomaşını geriyə sürməyə başlamış, bilmədən öz avtomaşınını arxada olan OPEL markalı **-NS-*** nömrə nişanlı avtomaşınla toqquşdurduqda maşını saxlamışdır. Bundan sonra Vüsal və yanındakı tanımadığı bir şəxs Elvinin əyləşdiyi qapının şüşəsini vuraraq açmağı tələb etdikdə Elvin qapını açmış, sonra isə Vüsal “nəyə gəlmisiniz, iki gün əvvəl soyuqda bizi evdən çıxartmısınız” sözlərini deyib Elvin maşının işərisində olarkən Vüsal əli ilə Elvinin çiynindən Vüsalın yanındakı şəxs isə əli ilə Elvinin burnundan vurmağa başlamışlar. Nəticədə birtəhər onların əlindən çıxıb avtomaşınla oradan uzaqqlaşmışlar. Hadisə zamanı Vüsalgilin yanında tanımadığı 3-4 nəfər şəxs və Vüsalın atası Mirtağı da olmuşdur. Mübahisə təxminən 5-10 dəqiqə çəkmişdir. Həmin mübahisə zamanı o və ya Elvin Vüsal və ya Vüsalın yanında olan digər şəxsləri vurmamışdır. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş etdi. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X18 izahatında bildirdi ki, Günay Bankın baş ofisində kredit şöbəsində işləyir. X2 bank tərəfindən verilmiş hipoteka krediti ilə Sumqayıt şəhəri Corat bağlar massivində yerləşən 2399A nömrəli bağ sahəsi almışdır və hipoteka şərtlərinə görə ayıq ödənişlər etməli imiş. Ağamalıyev Vüsala həmin ünvanı Şəxs satmışdır və aralarında olan razılaşmaya əsasən Şəxs həmin ünvanda yaşayır. Buna baxmayaraq 2020-ci ilin əvvəlində Ağamalıyev Vüsal özünə məxsus bağ evindən Şəxs məhkəmə yolu ilə çıxarılmasını tələb etmişdir və məhkəmənin qətnaməsinə əsasən 12.11.2020-ci il tarixdə icra şöbəsi məhkəmənin qətnaməsinini icra edərək Şəxs və ailə üzvlərini həmin ünvandan çıxartmışlar. Qeyd etdi ki, Sumqayıt şəhəri Corat bağlar massivində yerləşən 2399A nömrəli bağ sahəsinə dair Ağamalıyev Vüsalın ona verdiyi etibarnaməsinə əsəsən Şəxs həmin ünvandan çıxarılandan sonra həmin ünvanı arabir yoxlamaq qərarına gəlmiş və 14.11.2020-ci il tarixdə saat 19:00 radələrində bankın digər əməkdaşı Cəfərov Zaminlə birlikdə həmin ünvana getdikdə Şəxs ailə üzvlərinin evin qapısının qıfıllarını dəyişib bağ evinə daxil olduqlarını və yenidən həmin ünvanda yaşamalarını aşkar etmişlər qapının döyüb açmalarını xahiş etsələr də ünvanda yaşayanlar qapını açmamışlar. Sonra ünvandan uzaqlaşıb Zaminin avtomaşınına əyləşmişlər və Zamin avtomaşını hərəkətə salıb bir qədər 100-150 metr irəliləyəndə Şəxs öz idarə etdiyi avtomaşınla onların avtomaşının qabağını kəsmişdir. Bundan sonra Vüsal və Vüsalın maşınında olan 3-4 nəfər şəxs avtomaşından düşmüş və onların üstünə gəlmiş və yaxınlaşıb maşının qapısını açmağa cəhd etmələrini gördükdə Zamin avtomaşını geriyə sürməyə başlamış, bilmədən öz avtomaşınını arxada olan OPEL markalı **-NS-*** nömrə nişanlı avtomaşınla toqquşdurduqda maşını saxlamışdır. Bundan sonra Vüsal və yanındakı tanımadığı bir şəxs onun əyləşdiyi qapının şüşəsini vuraraq açmağı tələb etdikdə qapını açmış, sonra isə Vüsal “nəyə gəlmisiniz, iki gün əvvəl soyuqda bizi evdən çıxartmısınız” sözlərini deyib maşının işərisində olarkən Vüsal əli ilə onun çiynindən Vüsalın yanındakı şəxs isə əli ilə burnundan vurmağa başlamışlar. Bunu görən zamin maşından düşüb onu vuranlara yaxınlaşdıqda Vüsal və yanındakı şəxs hər biri əli ilə Zaminin boynundan tutub onu boğmağa və sol qoluna vurmağa başlamışlar. Nəticədə birtəhər onların əlindən çıxıb avtomaşınla oradan uzaqlaşmışlar. Hadisə zamanı Vüsalgilin yanında tanımadığı 3-4 nəfər şəxs və Vüsalın atası Mirtağı da olmuşdur. Mübahisə təxminən 5-10 dəqiqə çəkmişdir. Həmin mübahisə zamanı o və ya Zamin Vüsal və ya Vüsalın yanında olan digər şəxsləri vurmamışdır. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş etdi. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati işin materiallarında olan 25.11.2020-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunmasına dair qərar çıxarılmış və əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan qərar Sumqayıt ŞPİ-nin 1-ci PByə göndərilmişdir. Həmçinin inzibati işin materiallarında olan 16.11.2020-ci il tarixli, 1422 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X9 bədəni üzrərində boynun 02 ədəd qançırı, sol bazunun qançırı xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla 14.11.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-606/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-606/2021
17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver