Məhkəmə qərarları › İş №3(060)-606/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-606/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-606/2022 24.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt ŞPİ 1-ci PB-nin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsindən daxil olmuş materiallara baxaraq Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinin icraatına Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 24 fevral 2022-ci il tarixli MN seriyalı ******* saylı, 24 fevral 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən protokollar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 29.01.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən telekommunikasiya qovşağının kabellərini oğurlamışdır. Bundan başqa o, 04.02.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən telekommunikasiya qovşağının kabellərini oğurlamışdır. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 24 fevral 2022-ci il tarixli MN seriyalı ******* saylı, 24 fevral 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-606/2022 saylı, 3(060)-607/2022 saylı işlər bir icraatda, yəni 3(060)-607/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 24 fevral 2022-ci il tarixli MN seriyalı ******* saylı, 24 fevral 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-606/2022 saylı, 3(060)-607/2022 saylı işlər bir icraatda, yəni 3(060)- 607/2022 nömrə ilə birləşdirilsin. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar