Məhkəmə qərarları › İş №3(060)-608/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-608/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-608/2024 15.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Şikayət vermiş şəxs şəxs X4 iştirakı ilə, Quba rayonu Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X1 İnzibati tənbeh vermə haqqında TP6263924 saylı, xx.xx.2024-cü il tarixli qərarından barəsində inzibati qərar çıxarılan şəxs X4 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quba rayonu Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X3 tərəfindən qıbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən X7 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. X7 qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Quba rayonu Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X3 tərəfindən TP6263924 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Hadisə baş verən gün o Quba rayonunda qeyd edilən ərazidə olsa da, hər hansı bir inzibati xəta törətməmiş və dönmə qaydalarına əməl etdiyi halda yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmışdır. Lakin onun əsassız iradlarına etirazını bildirdikdən sonra YP əməkdaşı ona hazırki qərarın surətini vermiş və o da “etiraz edirəm” sözünü yazmaqla imza atmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qərar çıxarılan şəxs X7 şikayətlə oxşar məzmunlu izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixində idarə etdiyi avtomobillə Quba şəhərində olarkən yol polisi tərəfindən saxlanılmış və hər hansı qanun pozuntusuna yol vermədiyi halda barəsində protokol tərtib edilmişdir. O, İnzibati Xətalar Məcəlləsinin 327-ci madsəinin hər hansı müddəasını pozmamışdır. Polis əməkdaşı ona bildirib ki, guya qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməyib və “yol verin” nişanının tələblərini pozub. Halbuki o, belə bir pozuntuya yol verməyib. Saxlanılan vaxt anası X5 da avtomobildə olub. Qeyd edilənlərə əsasən şikayət vermiş şəxs şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirdi ki, X7 avtombillə düz yolda heç bir qayda pozmadan irəliləyən zaman polis əməkdaşı tərəfindən saxlanılmışdır. O, həmin vaxt avtomobildə olmuşdur. Lakin yol hərkət qaydasının pozulması ilə bağlı polis əməkdaşı heç bir sübut təqdim etməmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən tərtib olunmuş TP6263924 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Quba Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibari Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Göründüyü kimi X7 hər hansı qanun pozuntusuna yol vermədiyi halda barəsində inzibati tənbeh tədbirinin tətbiq edildiyini iddia edir. Qeyd edilən xüsusat şahid X2 tərəfindən də təsdiq edilmişdir. Lakin, qərarı qəbul etmiş orqana məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarın əsaslı olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, Quba rayonu Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X1 İnzibati tənbeh vermə haqqında TP6263924 saylı, xx.xx.2024-cü il tarixli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən ləğv edilməli və inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin iştirakı ilə yenidən baxılması üçün Quba Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Quba rayonu Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X1 İnzibati tənbeh vermə haqqında TP6263924 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə yenidən baxılmaq üçün Quba Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar