Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-609/2023 31.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X5 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Laçın rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, “Laçın rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Sumqayıt regional X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt regional X6 İdarəsinin Sumqayıt regional X6 şöbəsinin inspektoru Nicat Qarayev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 518.1-ci maddəsi ilə “Laçın rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin barəsində 01 mart 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 “Laçın rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə məxsus stomatoloji kobinetdə planlı YTM müayinə zamanı YTQ № 01-2001 - 4.1-4.17, bənd 6.1-6.10, bənd 9.1-912, bənd 10.1-10.4 tələblərinin pozulması aşkar olunmuşdur. İnzibati xəta haqqında protokol və materiallar 06 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 17 mart 2023-cü il tarixdə təyin edilmiş, protokol tərib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən inzibati xəta haqqında işin baxılması 31 mart 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokol tərtib etmiş orqan Sumqayıt regional X6 şöbəsi nümayəndəsini məhkəmə iclasında iştirakını təkrarən təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında “Laçın rayon Mərkəzi Xəstəxanası” PHŞ-in etibarnamə üzrə nümayəndəsi X3 inzibati xətanın törədilməsində özünü təqsirli bilərək qeyd etdi ki, o, “Laçın rayon Mərkəzi Xəstəxanası” PHŞ-də tibb məntəqəsinin müdiri vəzifəsində işləyir. “Laçın rayon Mərkəzi Xəstəxanası” PHŞ idarə olaraq Ağcəbədi rayonu, Taxtakörpü kəndində yerləşdir. Hazırkı ünvana yeni köçdüyündən o çatdıra bilmədiyindən stomatoloji kabinetdə yanğın təhlükəsizlik qaydalarının 01-2001 - 4.1-4.17, bənd 6.1-6.10, bənd 9.1- 912, bənd 10.1-10.4 tələblərini pozmuşdur. Qeyd olunanlar nəzərə alınaraq ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “Laçın rayon Mərkəzi Xəstəxanası” PHŞ-in tibb məntəqəsinin müdiri X3 tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol və işdəki digər sənədlərlə təsdiq edilir. Ona görə də “Laçın rayon Mərkəzi Xəstəxanası” PHŞ-in müdiri X3 İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 0511 nömrəli qərar və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən KY231887985 nömrəli çıxarışa əsasən X6 üzrə “Laçın rayon Mərkəzi Xəstəxanası” PHŞ planlı yoxlama suallarının siyahısında da qeyd olunmuşdur ki, YTQ № 01-2001 - 4.1-4.17, YTQ № 01- 2001 6.1-6.10, YTQ № 01-2001 9.1-912, YTQ № 01-2001 10.1-10.4 bəndlərinə uyğun deyildir. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında xx.xx.2023cü il tarixli 0511 №-li qərardan görünür ki, “Laçın rayon Mərkəzi Xəstəxanası” PHŞ ünvan 1 ünvanda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək planlı müayinə aparılmışdır. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında xx.xx.2023cü il tarixli 0511 №-li aktdan görünür ki, ünvan 1 “Laçın rayon Mərkəzi Xəstəxanası” PHŞdə yanğın texniki müayinəsi aparılmış, müayinə zamanı nöqsanlar aşkar olunmuşdur. YTQ № 01-2001 - 4.1-4.17, YTQ № 01-2001 6.1-6.10, YTQ № 01-2001 9.1-912, YTQ № 01- 2001 10.1-10.4 bəndlərinin tələbləri pozulması qeyd olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.16-cı bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 235, 243.0.4, 268, 276, 277, 311, 518, 519, 536 və 543-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Laçın rayon Mərkəzi Xəstəxanası” HPŞ-də aşkar olunan nöqsanlar həmin publik hüquqi şəxsin müdiri X1 günahı ucbatından baş vermişdir. Sumqayıt regional X6 idarəsinin Sumqayıt regional X6 şöbəsi tərəfindən qəbul edilmiş 01 mart 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, binalarım, tikililərin və otaqların saxlanılması (YTQ № 01-2001 bənd 4.1-4.17); elektrik qurğularının normativ sənədlərin tələblərinə quraşdırılması və istismar vəziyyəti (YTQ № 01-2001 bənd 6.1- 6.10); yanğın baş verdiyi hallarda insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər (YTQ № 01-2001 bənd 9.1-9.12) və yanğın avadanlığı və ilkin yanğın söndürmə vasitələrinin saxlanılması (YTQ № 01-2001 bənd 10.1-10.4) X2 bəndlərinə uyğun olmaması aşkar edilmişdir. Bununla da “Laçın rayon Mərkəzi Xəstəxanası” PHŞ deyil vəzifəli şəxs kimi həmin tibb məntəqəsinin müdiri X3 İXM-nin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs “Laçın rayon Mərkəzi Xəstəxanası” PHŞ-in tibb məntəqəsinin müdiri X3 barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: “Laçın rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin tibb məntəqəsinin müdiri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 100,00 (bir yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-609/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-609/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver