Məhkəmə qərarları › İş №3(060)-61/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-61/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-61/2022 28.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsinə əsasən Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş TP ******* saylı 01.05.2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsinə əsasən Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş TP ******* saylı 01.05.2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X4 izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejimi zamanı yaşayış yeri sms icazəsi ilə tərk edilməli olduğu halda sms icazəsi olmadan yaşayış yerini tərk etmişdir. Sumqayıt şəhəri ərazisində yoxlama postunda yoxlama zamanı polis əməkdaşı onun icazəsi olmadığını bildirmişdir. Bu səbəbdən X4 barəsində Azərbaycan Resublikası İXM-nin 211-ci maddəsinə əsasən TP ******* saylı, 01.05.2020-ci il tarixli imzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin maddi vəziyyəti pis olduğundan cəriməni ödəyə bilmir. Qeyd olunanları nəzərə alaraq barəsində tərtib olunmuş 01.05.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş 01.05.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından və X1 izahatından göründüyü kimi, X.Səlimov sms-icazə sistemindən istifadə etmədiyini etiraf edərək həmin hissəni mübahisələndirmir, maddi vəziyətinin çətin olması səbəbindən qərarın ləğv edilməsini xahiş edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş 01.05.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X4 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş 01.05.2020-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş 01.05.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin olunmasın. Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş 01.05.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar