Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-610/2023 17.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Qüdrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, xx.xx.1973-cü ildə Qubadlı rayonu, Mehrili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu, Mehrili kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsinin sahə rəisi, polis kapitanı Nuraliyev Ziyad Gülalı oğlu tərəfindən 06 mart 2023-cü il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 272.3-cü maddəsi ilə MN № ******* inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində dəniz kənarında ov etmək istəmişdir. Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 06 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 17 mart 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsinin nümayəndəsi məhkəməyə gəlmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İXMnin 272.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin sahərəisi, polis kapitanı Ziyad Nuraliyev Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Bəhruz Musayevə xx.xx.2023-cü il tarixli raportla müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində xidmət aparan zaman dəniz kənarında iki nəfər şəxsi görmüşdür. Həmin şəxslərin birinin əlində ov tüfəngi olduğu üçün onlara yaxınlaşıb özünü təqdim etmiş və nə üçün ov tüfəngi ilə ora gəliklərini soruşduqda ov etmək məqsədi ilə gəldiklərini bildirmişdirlər. Həmin şəxslərin ov etmək üçün heç bir icazələri olmadığına görə həmin şəxsləri PB-nə gətirmişdir. PB-də məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1973-cü il təvəllüdlü Qubadlı rayonu Mehirəli kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhər İnşaatçılar qəsəbəsindəki fərdi evdə yaşayan Şəxs və xx.xx.1971-ci il təvəllüdlü Qubadlı rayonu Aşağı mollu kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhər İnşaatçılar qəsəbəsindəki fərdi evdə yaşayan X1r. Həmin şəxslər barəsində tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. İş materialında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən ovçular mağazasından özünə 950,00 manata 16 MR 27 ********* nömrəli qoşa lüləli yivsiz ov tüfəngi almış, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəkislik idarəsi tərifindən adına sənədləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi dəniz kənarında qonşusu X3 ilə birlikdə quş ovuna getmişlər, lakin həmin an polis əməkdaşları gəlib onlara yaxınlaşıb özlərini təqdim edərək quş ovu etmək üçün Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyindən icazələrinin olmasını soruşduqda icazə ilə bağlı heç bir sənədinin olmadığını bildirmiş və buna görə də onları polis bölməsinə gətirmişlər. Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsinin sahə rəisi, polis kapitanı Nuraliyev Ziyad Gülalı oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş “İnzibati xətanın obyekti olan maddi sübutlar barədə” qərardan görünür ki, Şəxs məxsus 16 kalibrli, MR-27 markalı, ********* lülə nömrəli qoşa lüləli yivsiz ov silahı inzibati xətanın obyekti olaraq maddi sübut kimi tanınmışdır. 16 kalibrli, MR-27 markalı, ********* lülə nömrəli qoşa lüləli yivsiz ov silahı Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin silah sursatlar anbarında saxlanılması qeyd olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.23-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən icazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə qeyd edir ki, Eyvazov X2 bu tələblərini pozaraq, lazımi icazə olmadan, qadağan edilmiş yerlərdə və qadağan olunmuş müddətlərdə ovçuluq fəaliyyəti ilə məşğul olaraq ov qaydalarını kobud şəkildə pozmuşdur. İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq ona inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet, yəni Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin silah sursat anbarında saxlanılan 16 kalibrli, MR-27 markalı, ********* lülə nömrəli qoşa lüləli yivsiz ov silahı müsadirə edilməklə o, 1.000,00 (bir min) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmməddov
Məhkəmə qərarları › İş №3(060)-610/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-610/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver