Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-611/2023 16.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1972-ci ildə Qəbələ ray., anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ ray., Nic qəsəbəsi ünvanında qeydiyyatda olan və ünvan 2an Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, AP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, sürücü Şəxs Sumqayıt şəhəri, S.Vurğun küçəsində hərəkətdə olan zaman yol nişanlarının tələblərinə riayət etməyərək **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, həmin nəqliyyat vasitəsində olan Melisa Səvzixanova bədən xəsarəti almışdır. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:15 radələrində idarə etdiyi Mersedes Benz 240 markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə H.Z.Tağıyev qəsəbəsi istiqamətində təxminən 30-40 km/saat sürətlə hərəkətdə olduqdan sonra «Ləman» mebel evinə çatdıqda svetoforun yaşıl işığında sola dönmə manevri etdiyi zaman, həmin küçə ilə qarşıdan düzünə hərəkət edən Mersedes Benz markalı avtomobil, o dönmə əməliyyatını etdiyi vaxt ondan təxminən 100 metr məsafəlikdə olmasına baxmayaraq dönməni yerinə yetirərkən həmin yolda qabaq hissəsi ilə avtomobilinin sağ arxa təkərindən toqquşmuşdur. Bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Hadisə baş verən zaman o, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmadığını, ayıq vəziyyətdə olduğunu, avtomobilinə maddi ziyan dəydiyini bildirmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs bildirdi ki, zərərçəkmiş şəxs Melisa Səvzixanova onun qızıdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 21:30 radələrində həyat yoldaşı Fəridə Səvzixanova ona məxsus Mersedes Benz E240 markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə və o da avtomobilin qabaq qoturcaqdə sərnişin qismində olmaqla Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə Sumqayıt şəhəri istiqamətində təxminən 40-50 km/saat sürətlə hərəkətdə olduqları zaman, «Ləman» mebel evinə çatdıqda qarşı əks hərəkət yolu ilə hərəkət edən Mersedes markalı avtomobilin sürücüsü qəflətən onların qarşısından sola dönmə manevri etmiş, həmin an həyat yoldaşı tormoz əyləcinə təzyiq edib maşını qəzadan yayındırmaq üçün sola doğru yayındırmış, lakin avtomobilin qabaq sağ qanadı qarşı avtomobilin arxa sağ qanadı ilə toqquşmaqla yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində xx.xx.2016-cı il təvəllüdlü övladı Melisa Səvzixanova baş nahiyyəsindən xəsarət nimişdir. Həmin günü övladını uşağı xəstəxanaya aparıb müayinələrdən keçirmişdir. Hazırda Şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi xəbərdar edilsə də, o məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin qanuni nümaydəsinin izahatları, habelə iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərovun 19 dekabr 2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, xx.xx.2022-ci İl tarixdə saat 20:18 'adələrində Şəxs idarə etdiyi Mersedes Benz E240 markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə H.Z.Tağıyev qəsəbəsi istiqamətində avtomobillərin hərəkət etdikdən sonra “Ləman" mebel evinə çatdıqda /ol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla qaşı əks hərəkət yolu ilə düzünə hərəkətdə olan nəqliyyat vasitələrin hərəkət axınını gözləmədən sola məhəllə yoluna dönmə manevri etmək üçün hər iki yolun kəsişməsində yerləşən yolayrıcına daxil olmaqla sola dönmə əməliyyatı etdiyi zaman, qarşı əks hərəkət yolunda S.Vurğun küçəsi İlə Sumqayıt şəhər istiqamətində düzünə hərəkət edən və əvvəlcədən qarşısında yaranmış mövcud əhlükəni görməklə hadisənin qarşısını almaq iqtidarında olduğu halda hadisənin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirmədən Özünəgüvənərək hərəkətinə davam edən, sürücü X2 idarə etdiyi Mersedes Benz E240 markalı 50-DM- 380 dövlət qeydiyyat nişanlı avtomobillə həmin yolayrıcında toqquşaraq sonuncu avtomobildə sərnişin qismində X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlğa yüngül zərərvuran xəsarətlər almasına səbəb olan və maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, keçirilmiş məhkəmə tibbi ekspertizanın 1837 saylı ekspert rəyinə əsasən, M.Səvzixanovanın bədən səthində aşkar edilmiş alnın, sol gözətrafının, sol baldırın yuxarı 1/3- nin qançırı, gözün ağlı qişasına qansızma xəsarətləri qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti 23.11,2022-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci bəndinin İ hissəsinə görə sürücü hərəkətinin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusuiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Lakin Şəxs Qanunun qeyd olunan tələblərini pozmuş və nəticədə Melisa Səvzixanovanın sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini AR İXM-nin 32.1.1 və 32.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-611/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-611/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver