Məhkəmə qərarları › İş №3(060)-612/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-612/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-612/2024 14.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis kapitanı Rüstəm Zahidovun, Zərərçəkmiş şəxs – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, İsmayıllı rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat axşam saatlarında Sumqayıt şəhəri, Ceyranbatan bağlarında Hənifə Tariquliyevanı və 2015-ci il təvəllüdlü X5 döyərək xəsarət yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.4-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, X3 ilə qeyri-rəsmi münasibətləri olduğunu, onunla olan münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü Ayaz adlı övladları olduğunu, onun əvvəlki evlilikdən iki, Hənifənin isə bir azyaşlı övladının olduğunu bildirdi. Hənifənin əvvəlki evliliyindən olan oğlu onun əvvəlki evliliyindən olan oğlu ilə dalaşdığını görüb əsəbləşmiş, onun üzünə bir sillə vurmuş və Hənifəni isə itələmişdir. Hal-hazırda zərərçəkmiş şəxs X3 ilə barışmışdır. Ona görə də, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki Şəxs ilə qeyri-rəsmi münasibətləri olduğunu, onunla olan münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü Ayaz adlı övladları olduğunu, onun əvvəlki evlilikdən bir, Aydının isə iki azyaşlı övladlarının olduğunu bildirdi. Onun əvvəlki evliliyindən olan oğlu Aydının əvvəlki evliliyindən olan oğlu ilə dalaşmış, Aydın bunu görüb əsəbləşmiş, uşağın üzünə bir sillə vurmuş və onu isə itələmişdir. O da DİN-in 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ona görə də, onun barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəməyə ərizə təqdim edərək, Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 1751 saylı rəyindən görünür ki, X4 bədəni üzərində olan aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol qulaq arxasının, sol almacıq nahiyyəsinin, sağ yanağın qançırı, üst dodağın sıyrığı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdır, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən bir gün əvvələ qədər olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 1752 saylı rəyindən görünür ki, X1 bədəni üzərində olan aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol gözaltı nahiyyənin qançırı, burun üstünün sıyrığı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdır, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən bir gün əvvələ qədər olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın sürəti əməli törədən Şəxs barəsində X5 və X2 döydüyü üçün hər bir fakt üzrə ayrı-ayrılıqda Azərbaycan Respublikası İXM-in 157 (döymə) maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün aidiyyatı xidmət sahəsinə həvalə edilmişdir. Məhkəmə inzibati xətaya dair materialları, tərəflərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar