Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-613/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi Əliyev Bəxtiyar Arif oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Xaçmaz rayonu, Xəzərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Xaçmaz şəhəri, S.Bəhlulzadə küçəsi, dalan 1, ev 9A ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 17 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol raport əsasında tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs 17.02.2021-ci il tarixdə saat 14:10 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 20A/29 saylı binanın yaxınlığında polisin qanuni tələbinə tabe olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Əliyev Bəxtiyar Arif oğlu məhkəmə iclasında bildirdi ki, 17.02.2021-ci il tarixdə saat 14:10 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 20A/29 saylı binanın yaxınlığında xidmətdə olarkən vətəndaş Şəxs polisin qanuni tələbinə tabe olmamışdır. Vətəndaşı nizam intzama dəvət olunsa da o, buna məhəl qoymayaraq qəsdən polisin qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, polisin qanuni tələbinə tabesislik göstərməmişdir. Bu səbəblə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahi etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun nümayəndəsinin və protokolu tərtib etmiş şəxsin izahatlarını izahatını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsini sahə rəisi, polis leytenantı Əliyev Bəxtiyar Arif oğlu Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nin rəisinə 17.02.2021-ci il tarixli raportla müraciət edərək bildirmişdir ki, 17.02.2021-ci il tarixində saat təxminən 14:10 radələrində 3-cü polis bölməsinin sahə rəisi polis leytenantı Kamra Sahibovla birlikdə xidmətdə olduğları müddətdə Sumqayıt çəhəri, 4-cü mikrorayon ərazisində X2 baş vermiş ölüm hadisəsi ilə əlaqədar qeyd olunan ərazidə xidmətdə olarkən 41 saylı uşaq baxçasının və eyni zamanda 20A/29 saylı binanın arxa hissəsində əvvəllər görmədiyi və tanımadığı bir nəfər vətəndaşın kənarda səs-küy salaraq ətrafdakıları öz diqqətinə cəlb edirdi. Bu səbəbdən polis əməkdaşları qeyd olunan vətandaşa yaxınlaşaraq özlərini təqdim edib onu nizam intizama dəvət etsələr də, sonda vətəndaş polisin qanuni tələbinə qəsdən əməl etməyərək öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən polis əməkdaşları vətəndaşın etdiyi hüquq pozuntusu ilə əlaqədar aidiyyəti üzrə Sumqayıt şəhə polis idarəsinin 3-cü polis bölməsinə dəvət olunmuşdur. İş materiallarına əlavə olunmuş 17.02.2021-ci il tarixli aktdan görünür ki, 17.02.2021-ci il tarixdə 14:10 radələrində 3-cü polis bölməsinin sahə rəisi polis leytenantı Bəxtiyar Əliyev və sahə rəisi, polis leytenantı Kamran Sahibovla xx.xx.1988-ci il təvəllüdlü Suqmayıt şəhər, 5-ci məhəllə, ev 12/17, mənzil 18 ünvanında yaşayan Şəxs ünvan 3inanın arxa hissəsində səs-küy salaraq ucadan qışqırması səbəbindən, eyni zamanda sonda polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə polis bölməsinə dəvət olunarkən orada bir daha polisə qarşı nalayiq söyüşlər işlətdiyini ve polisin iş rejimini pozaraq bir daha polis bölməsində tabesizlik gösdərilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır və iş materialları ilə təkzib edilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngünləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İş materiallarından görünür ki Şəxs 17.02.2021-ci il tarixdə, saat 14:30-da inzibati qaydada tutulmuşdur. İnzibati həbsin əvvəli onun tutulduğu gündən yəni – 17 fevral 2021-ci il tarixdən, saat 14:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 17 fevral 2021-ci il tarixdən, saat 14:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-613/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-613/2021
18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver