Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-613/2022 14.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndələri Nümayəndə, X2 və X4 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokol və materiallara Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Sənaye zonası, ev Metalbazaya gedən yol ərazisi olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 447.0.4 və 538.1-ci maddələri ilə 23 iyul 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt şəhəri, Sənaye zonası, ev Metalbazaya gedən yol ünvanında yerləşən obyektdə 23.07.2021-ci il tarixdə 3 ədəd qurğunun uyğunluq sertifikatının olmadığı, digər ölçmə vasitəsinin (avtomobil tərəzisi) tipinin təsdiq edilməsi haqqında sertifikatının olmadığı, istehsalda istifadə olunan xammalın və satılan metal məmulatların uyğunluq sertifikatlarının olmadığı müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2445/2021 saylı 31.08.2021-ci il tarixli qərarı ilə Şəxs MMC (VÖEN **********) barəsində İXM-nin 538.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmiş və Şəxs MMC İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirli biliniərək 4.000,00 (dörd min) manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2445/2021 saylı, 31.08.2021-ci il tarixli qərarından Şəxs MMC tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-13/2022 saylı, 15.02.2022-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 31.08.2021-ci il tarixli 3(060)-2445/2021 saylı qərarı ləğv edilmiş, material yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 25.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 09 mart 2022-ci il tarixə təyin edilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən məhkəmə işin baxılmasını 14 mart 2022-ci il tarixə təxirə salımışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilməyərək bildirdi ki, inzibati xəta baş vermədiyi halda barələrində qanunsuz protokol tərtib edilmişdir. Bu barədə Şəxs MMC-də texniki avadanlıqlar üzrə mühəndis X6 məhkəməyə məlumat verəcəkdir. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilməyərək bildirdi ki, İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq edilmiş yoxlama suallarının siyahısı tərtib edilmiş, siyahıda 989, 993, 994 və 995-ci suallar üzrə tələbin yerinə yetirilmədiyi qeyd olunmuşdur. Sual 989. 23.07.2021-ci il tarixli 000038 saylı Yoxlama aktında 989-cu sualla bağlı 3 ədəd qurğunun (3 ədəd kran) uyğunluq sertifikatının olmadığı aşkar edilmişdir. Müəssisədə yoxlama zamanı aşkar olunan 3 ədəd kran 1) 962 nömrəli, buraxılış ili 1986, Rusiya SSRİ-də istehsal olunan КП-300 markalı qülləli portal kranı 2) 545 nömrəli, buraxılış ili 1982, Rusiya SSRİ-də istehsal olunan КП300 markalı qülləli portal kranı, 3) 318 nömrəli, buraxılış ili 1990, Rusiya SSRİ-də istehsal olunan КБ-404.4 markalı qülləli kranlaradır ki, X7 və Sənaye Nəzarətinin qaldırıcı kranların qurulma və təhlükəsiz istismarı qaydalarında, o cümlədən X3 Müddətinin müəyyən olunmasına dair təlimat və İstismar Müddəti bitmiş Yükqaldırıcı Qurğuların müayinəsinə dair metodiki göstərişdə yuxarıda qeyd olunan kranların istismar müddətləri 10 və 16 il olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli, 102 nömrəli qərarı ilə “Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə qaydaları” təsdiqlənmişdir ki, 1.7-ci bənddə bu qaydaların obyektdə istehsal və istifadə olunan, amma istismar müddəti qurtarmış texniki qurğulara və avadanlıqlara şamil edilmədiyi qeyd olunmuşdur. Eləcə də, “Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara təhlükəsizlik sertifikatının verilməsi və sertifikatlaşdırma sistemi strukturunun tərkib hissələrinin funksiyalarını müəyyənləşdirən vahid metodika”da 1.5-ci bənddə bu metodikanın istismar müddəti qurtarmış texniki qurğulara və avadanlığa şamil edilmədiyi və belə texniki qurğular və avadanlıqlar texniki təhlükəsizlik baxımından sertifikatlaşdırılmadığı qeyd edilir. Məlum olduğu kimi bəhs olunan kranların istismar müddəti keçmiş, istifadəsi hər il müəssisədə aparılan defektoskopiya işləri haqqında hesabatlarla təsdiqlənməkdədir. Bu cür qurğuların uyğunluq sertifikatı ilə sertifikatlaşdırılması aparılmamaqdadır. Sual 993. Bu sualla bağlı aparılan yoxlama zamanı 1 ədəd avtomobil tərəzisinin tipinin təsdiq edilməsi haqqında sertifikatın olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasında istehsal olunan və ya xaricdən idxal olunan tipi məlum olmayan heç bir ölçmə vasitəsi Azərbaycan Respublikasının Ölçmə Vasitələrinin Dövlət Reyestrində qeydiyyata düşmür, həmin mala şəhadətnamə verilmir. Yalnız tipi müəyyən olunmayan ölçmə vasitələri üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə əsasən tipin təsdiqi barədə sertifikat verilir. Belə ki, yoxlama predmeti olan avtomobil elektron tərəzisi Azərbaycan Respublikasının Ölçmə Vasitələrinin Dövlət Reyestrində 671-ci sırada 0749-2004/A reyestr qeydiyyat nömrəsi altında qeydiyyata düşmüşdür. Həmin reyestrdə bu elektron tərəzinin tipi ESİT, habelə Ölçmə vasitələrinin yoxlanılması haqqında 0841/32020 nömrəli Şəhadətnamədə ölçmə vasitəsinin tipi ESİT PWİ olaraq müəyyənləşmişdir. Göründüyü kimi, araşdırma predmetinin tipi faktiki olaraq müəyyən edilmişdir, şəhadətnamə alınan zaman əlavə olaraq tipi təsdiq edən sertifikat tələb olunmamışdır. Buna baxmayaraq, 05.08.2021-ci il tarixində 308 saylı məktubla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu”-na tərəflərindən yazılı müraciət edilərək ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın alınması xahiş olunmuşdur. Məktub məsul şəxs N.Şirinov tərəfindən 06.08.2021-ci il tarixində təhvil alınmışdır. Sual 994-995. Qeyd olunan sualla bağlı yoxlama zamanı istehsalda istifadə olunan xammalın (rulon şəklində olan metal xammal) və satılan metal məmulatların (metal borular və metal profillər) uyğunluq sertifikatlarının olmadığı qeyd olunmuşdur. Xaricdən idxal olunan məmulatların və xammalın uyğunluq sertifikatları mövcuddur, belə ki, ölkəyə idxal olunan malın mənşə sertifikatı gömrük orqanları tərəfindən yoxlanıldıqdan sonra belə malın istehsalatda istifadə və istismarına icazə verilir, malın mənşə sertifikatı uyğunluq sertifikatı əsasında verilir. Belə aydın olur ki, uyğunluq sertifikatı olmayan malın ümumiyyətlə Azərbaycan Respublikasına daxil olması mümkün deyildir. Yoxlayıcılara sözügedən xammalın və metal məmulatların Rusiya Federasiyası tərəfindən verilən uyğunluq sertifikatları təqdim olunmuşdur, lakin yoxlayıcılar sənədlərə baxmadan geri qaytarmış və yalnız “bizdən almalısız” səbəbini gətirmişlər. Əsas olaraq isə Nazirlər Kabinetinin 1 iyul 1993-cü il tarixli, 343 saylı “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” qərarını gətirirlər, ki, bu qərar 8 may 2021-ci il tarixində ləğv olunmuşdur. Digər hüquqi əsas olan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR qanunun 10-cu maddəsinin 5-ci bəndində “Qanunvericilik aktları ilə və ya digər normativ sənədlərdə vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır. Belə malların Azərbaycan Respublikasının ərazisinə idxal edilməsinə razılıq üçün gömrük orqanlarına təqdim edilən, müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş və ya da tanınmış uyğunluq sertifikatı əsas verir” qeyd olunmuşdur. Maddənin tələbi olaraq xarici uyğunluq sertifikatının ölkəmizdə məcburi tanınması nəzərdə tutulmur. Belə bir əsas olsaydı, həmin malın ölkəyə daxil olmasına gömrük orqanları tərəfindən icazə verilməzdi. Nümayəndə deyilənləri nəzərə alaraq 23.07.2021-ci il tarixli MN № ******* nömrəli İnzibati xəta haqqında protokolu qanunsuz hesab edib, inzibati xəta tərkibi olmadığına görə başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X5 eyni məzmunlu izahat verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatları dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində İXM-nin 447.0.4 və 538.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Sertifikatlaşdırılma Sistemi Şəxs MMC-yə 27.04.2021-ci il tarixdə verilmiş Uyğunluq Sertfikatından görünür ki, elektrik qaynaqlı polad borular 27.04.2022-ci il tarixədək dövlət reyesterində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Sertifikatlaşdırılma Sistemi Şəxs MMC-yə 27.04.2021-ci il tarixdə verilmiş Uyğunluq Sertfikatından görünür ki, tikinti konstruksiyalar üçün bağlanıb qaynaq edilmiş dördkünc və düzbucaqlı əyilmiş polad profillər 27.04.2022-ci il tarixədək dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 25.11.2020-ci il tarixli Ölçmə vasitələrinin yoxlanılması haqqında 0841/3-2020 №-li Şəhadətnamədən Şəxs MMC-yə məxsus ölçmə vasitəsi olan avtomobil tərəzisinin tipinin “Esit PWİ” olduğu müəyyən edilmişdir. İş materiallarında olan 24 mart 2021-ci il tarixli Şəxs MMC-nin balansında olan 1 (bir) ədəd zavod nömrəsi 962 buraxılış ili 1986-cı il olan КП-300 markalı qülləli portal kranda РД 10-112-96 və “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları” 9.3.9. (a) və (b) bəndlərinin tələblərinə uyğun olaraq dağıdıcı olmayan test üsulu ilə aləti yoxlama (defektoskopiya) işləri aparılmışdır. Qülləli kranda standartlara uyğun olaraq vizual və maqnit-toz üslu ilə kranın qaynaq birləşmələri və kritik sahələri yoxlamadan (defektoskopiya) keçirilmişdir. Aparılan yoxlama zamanı qülləli kranda qüsur aşkar edilməmişdir. İş materiallarında olan 27 mart 2021-ci il tarixli Şəxs MMC-nin balansında olan 1 (bir) ədəd zavod nömrəsi 318 buraxılış ili 1990-cı il olan КП-404.4 markalı qülləli kranda РД 10-112-96 və “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları” 9.3.9. (a) və (b) bəndlərinin tələblərinə uyğun olaraq dağıdıcı olmayan test üsulu ilə aləti yoxlama (defektoskopiya) işləri aparılmışdır. Qülləli kranda standartlara uyğun olaraq vizual və maqnit-toz üslu ilə kranın qaynaq birləşmələri və kritik sahələri yoxlamadan (defektoskopiya) keçirilmişdir. Aparılan yoxlama zamanı qülləli kranda qüsur aşkar edilməmişdir. İş materiallarında olan 29 mart 2021-ci il tarixli Şəxs MMC-nin balansında olan 1 (bir) ədəd zavod nömrəsi 545 buraxılış ili 1982-ci il olan КП-300 markalı qülləli portal kranda РД 10-112-96 və “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları” 9.3.9. (a) və (b) bəndlərinin tələblərinə uyğun olaraq dağıdıcı olmayan test üsulu ilə aləti yoxlama (defektoskopiya) işləri aparılmışdır. Qülləli kranda standartlara uyğun olaraq vizual və maqnit-toz üslu ilə kranın qaynaq birləşmələri və kritik sahələri yoxlamadan (defektoskopiya) keçirilmişdir. Aparılan yoxlama zamanı qülləli kranda qüsur aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyul 2002-ci il tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları”nın 1.7-ci bəndindən göstərimişdir ki, bu Qaydaların obyektdə istehsal və istifadə olunan, amma istismar müddəti qurtarmış texniki qurğulara və avadanlıqlara şamil edilmir. Eləcə də “Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara təhlükəsizlik sertifikatının verilməsi və sertifikatlaşdırma sistemi strukturunun tərkib hissələrinin funksiyalarını nüəyyənləşdirən vahid metodikada 1.5-ci bənddə bu metodikanın istismar müddəti qurtarmış texniki qurğulara və avadanlığa şamil edilmədiyi və belə texniki qurğular və avadanlıqlar texniki təhlükəsizlik baxımından sertifikatlaşdırılmadığı qeyd edilir. “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları”nın və “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 17 fevral 2021-ci il, 39 №-li Qərarı ilə təsdiq edilmiş Metal tullantılarının radiasiya təhlükəsizliyi baxımından müayinəsinin 6.8-ci bəndinə uyğun olaraq metal tullantılarının yekun radiasiya müayinəsi müvafiq ölçmələrin aparılmasına “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada akkreditasiya edilmiş metal tullantılarını qəbul edən sahibkarlıq subyektinin laboratoriyası və ya belə akkreditasiyası olan digər radiasiya nəzarəti laboratoriyası tərəfindən aparılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.51-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 447.0.3 – 447.0.6 (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla), 447.0.7, 447.0.8, 537.2 və 538-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi baxır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs MMC-yə məxsus ölçmə vasitəsi olan avtomobil tərəzisinin tipi “Esit PWİ”-dir. Bundan başqa müəssisədə yoxlama zamanı aşkar olunan 3 ədəd kran 1) 962 nömrəli, buraxılış ili 1986, Rusiya SSRİ-də istehsal olunan КП-300 markalı qülləli portal kranı 2) 545 nömrəli, buraxılış ili 1982, Rusiya SSRİ-də istehsal olunan КП300 markalı qülləli portal kranı, 3) 318 nömrəli, buraxılış ili 1990, Rusiya SSRİ-də istehsal olunan КБ-404.4 markalı qülləli kranlaradır ki, X7 və Sənaye Nəzarətinin qaldırıcı kranların qurulma və təhlükəsiz istismarı qaydalarında, o cümlədən X3 Müddətinin müəyyən olunmasına dair təlimat və İstismar Müddəti bitmiş Yükqaldırıcı Qurğuların müayinəsinə dair metodiki göstərişdə yuxarıda qeyd olunan kranların istismar müddətləri 10 və 16 il olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli, 102 nömrəli qərarı ilə “Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə qaydaları” təsdiqlənmişdir ki, 1.7-ci bənddə bu qaydaların obyektdə istehsal və istifadə olunan, amma istismar müddəti qurtarmış texniki qurğulara və avadanlıqlara şamil edilmir. Buna görə də həmin kranlar qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı malların siyahısına aid deyildir. Qanunvericiliyə uyğun olaraq həmin kranlar buna lisenziyası olan Şəxs MMC-nin özü tərəfindən yoxlamadan (defektoskopiya) keçirilmişdir. Aparılan yoxlama zamanı qülləli kranlarda qüsur aşkar edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, Şəxs MMC tərəfindən İXM-nin 447.0.4 və 538.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara yol verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC barəsində İXM-nin 447.0.4 və 538.1-ci maddələri ilə başlanmış 23 iyul 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.2.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs barəsində 23 iyul 2021-ci il tarixli MN № ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-613/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-613/2022
14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver