Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-613/2024 27.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Zərərçəmiş şəxs - X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – X1 iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində “Opel Meriva minik” markalı, **- RY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsində hərəkətdə olan zaman X5 məxsus Mercedes Benz C180 markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sonuncunun sağlamlığına yüngül bədən xəsarəti və Şəxs məxsus “Opel Meriva minik” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X10 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olur. Uzun müddət hərbidə sürücü kimi işləmiş, Müdafiə Nazirliyindən sürücülük üzrə sertifikatı, həmçinin taksi fəaliyyəti üzrə sertifikatı vardır. Hadisə xx.xx.2024-cü il tarixdə təxminən saat 10:30 radələrində qarlı hava şəraitində baş vermişdir. Şirkətdən ona müştəri yazılmış, həmin müştərini Nasosnu adlanan qəsəbəyə aparmış, geri qayıtdıqda yoldan da müştərilər götürmüşdür. Sumqayıt şəhəri istiqamətinə doğru yolun orta hərəkət zolağı ilə hərəkətdə olduğu zaman, həmin küçənin Xəzər bağlar massivi ərazisinə gedən yolun kəsişməsinə çatdıqda «Ləman» mebel evi»nin qarşısında sol istiqamətindən Xəzər bağlar massivi ərazisindən gələn yolda hərəkət edən və hər iki küçənin kəsişməsində yerləşən yolayrıcına daxil olan Mersedes Benz markalı avtomobilin onun hərəkət yolunu gözləmədən həmin yolayrıcına daxil olduğunu görüb həmin avtomobilin sürücünə siqnal etmiş, lakin həmin avtomobilin sürücüsü ona əhəmiyyət verməyib yolayrıcında düzünə hərəkətini davam etdirmişdir. Belə olan halda o, həmin sürücüyə təkrar siqnal edib qabaq faranın işıqlarını yandırıbsöndürməklə işarə etməyə başlamış, lakin həmin sürücü yenə də həmin yolayrıcında hərəkətini davam etdirərək onun qarşısına çıxmışdır. O, həmin an sürətini azaltmış, yolun sol tərəfi qar yığını olduğu üçün və yolun sağ kənarında svetoforun siqnallarını təmir edən yük maşını dayandığı üçün avtomobili sağa və sola doğru yayındıra bilməmiş, sürətini azaldıb öz hərəkət zolağında yolayrıcına daxil olmuş, həmin vaxt həmin yolayrıcında avtomobilinin qabaq hissəsi qarşı avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. Hadisədən sonra qarşı avtomobilin sürücü ilə söhbət edib ona izah etməyə çalışmışdır ki, hadisə vaxtı svetoforların işıqları işləməmişdir və həmin vaxtı svetoforların işıqlarını təmir edən «Qazel» markalı yük maşınında olan işçilər həmin ərazidə təmir işləri aparmışlar. O, öz mobil telefonu ilə həmin an yolayrıcında yerləşən svetoforları videogörüntüyə çəkmiş və svetoforların işlmədiyi bir daha sübut olunmuşdur. Bundan sonra hadisə yerinə dövlət yol polis əməkdaşları gəlmişlər, daha sonra isə polis idarəsinə dəvət olunmuşdur. Hadisənin baş verməsində özünü təqsirli bilmir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 11-12 radələrində uşağı məktəbdən götürmək üçün evdən zəng etmişlər, o da yavaşyavaş hərəkət edərək avtomobil ilə getmişdir. Sumqayıt şəhəri Xəzər bağları massivi ərazisindən hərəkət edərək həmin yolun S.Vurğun küçəsi ilə kəsişməsində yerləşən «Ləman» mebel evi»nin qarşısındakı svetoforun yaşıl işığında yolayrıcına daxil olub həmin yolayrıcında hərəkətini davam etdirmiş və artıq yorlayrıcının orta hissəsində olduqda, sağ istiqamətindən, S.Vurğun küçəsi ilə üzü Sumqayıt şəhəri istiqamətində svetoforun qırmızı işığında yolayrıcına daxil olmaqla düzünə hərəkət edən Opel Meriva markalı avtomobil həmin yolayrıcının orta hissəsində qabaq hissəsi ilə onun avtomobilinin sağ yan hissəsindən toqquşmuşdur. Avtomobildən enərək digər avtomobilin sürücüsünə nəyə görə onun yoluna çıxdığını soruşmuş, o da svetoforun işləmədiyini bildirmişdir. Daha sonra ətrafda olan obyektlərdən birindən kamera görüntülərinə baxmağı xahiş etmişlər və həmin görüntülərə baxış zamanı da müəyyən olunmuşdur ki, yol onun olmuş və digər avtomobil gəlib onu vurmuşdur. Hadisədə onun günahı yoxdur. Ona Sumqayıt DYPŞ tərəfindən cərimə yazılmış, həmçinin hadisə nəticəsində ona dəymiş zərər ödənilməmişdir. Məhkəmədən ona dəymiş zərərin ödənilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X8 tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbu edilmiş və Mersedes Benz C180 markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə, Opel- Meriva markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİnin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan 333 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. İş materiallarında olan 335 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, X3 alkoqol sərxoşluğu vəziyyəti yoxdur İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 138 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X3 bədəni üzərində “bud-çanaq və sağ budun yuxarı bayır səthinin geniş ölçülü qançırı, alının sağ hissəsinin tüklü hissəsinin yumşaq toxumaların şişkinlik fonunda əziyi” xəsarətləri vardır. Qeyd olunan xəsarət küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:33-də sürücü X7 idarə etdiyi Mersedes Benz C180 markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Xəzər bağları massivi ərazisindən hərəkət edərək həmin yolun S.Vurğun küçəsi ilə kəsişməsində yerləşən yolayrıcına doğru hərəkət etdiyi an, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla sağ istiqamətindən S.Vurğun küçəsi ilə baş yolla hərəkət edən nəqliyyat vasitələrin hərəkət axınını gözləmədən hər iki yolun kəsişməsində yerləşən yolayrıcına daxil olmaqla yolayrıcında düzünə hərəkətini davam etdirdiyi zaman, sağ istiqamətindən S.Vurğun küçəsi ilə Sumqayıt şəhəri istiqamətində həmin yolayrıcna doğru düzünə hərəkət edən və əvvəlcədən qarşısında yaranmış mövcud təhlükəni görməklə hadisənin qarşısını almaq iqtidarında olduğu təqdirdə hadisənin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirmədən özünəgüvənərək hərəkətinə davam edən, sürücü Şəxs idarə etdiyi Opel- Meriva markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər iki küçənin kəsişməsində toqquşaraq özünün sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlğa yüngül zərərvuran, qarşı avtomobilin sürücüsü Şəxs sağlamlığına zərərvurmayan dərəcəsi təyin edilməyən bədən xəsarəti almasına səbəb olan və nəqliyyat vasitələrin detal hissələrinin zədələnməsi ilə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi faktı yol nəqliyyat hadisəsi yerinə baxışın nəticələrindən, alınmış izahatlardan, iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizanın rəylərindən, hadisə yerində quraşdırılmış arxiv videogörüntülərə baxışın nəticələrindən Opel-Meriva markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi məlum yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu sübut olunduğundan və hadisə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulduğundan barəsində haqlı olaraq İXM-nin 327.8-ci maddəsi ilə protokol tərtib edilmişdir. Qeyd olunanlar məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarla üst-üstə düşmüş və tərəflərin uyğun izahatları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 300.00 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-613/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-613/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver