Məhkəmə qərarları › İş №3(060)-614/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-614/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-614/2023 06.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Rüstəm Zahidovun, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1970-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Şabran elektrik şəbəkəsində növbətçi personal işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı Sumqayıt şəhəri, Dəmiryol, yük həyəti ərazisində fərdi evdə keçmiş həyat yoldaşı Ülviyyə Ələkbərovanı döymüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxsnın barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Rüstəm Zahidov bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə axşam saat larında yaşadığı Sumqayıt şəhəri, Dəmiryol, yük həyəti ərazisində fərdi evdə keçmiş həyat yoldaşı Ülviyyə Ələkbərovanı döymüşdür. Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ramin Əhmədov tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və Şəxsnın əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə göndərilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs göstərdi ki, X4 ilə ailə həyatı qurduqdan sonra ailə məişət münasibətləri zəminində aralarında münaqişə baş vermiş, 2021-ci ildə məhkəmənin qərarına əsasən boşanmışlar və onlara eyni evdə yaşamaq hüququ verilmişdir. O, xx.xx.2022-ci il tarixdə qızı Tamillanı Bakı şəhərindən evə gec gəldiyi üçün danlamış, arvadı Ülviyyə buna görə onunla mübahisə etmiş, əsəbişlərək ev əşyalarını sındırmış və arvadı Ülviyyəni vurmamışdır. Bir daha beıə hərəkətlərə yol verməyəcəkdir, barışmaq istəyir. Bunların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 İlham Fərhad oğlunun məsuliyyətli olduğunu, barışmaq istədiyini, niyyətinin cəzalandırmaq olmadığını bildirərək onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, Şəxs ilə 2002-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından 2003-cü il təvəllüdlü X7, 2005-ci il təvəllüdlü X8 və 2011-ci il təvəllüdlü ƏkbərovFərhad İlham oğlu adında üç övladları var. Onlar ailə həyatları qurduqları vaxtdan İlhamın əsassız qısqanclıqları səbəbindən mütəmadi olaraq onlaraq onların aralarında münaqişə baş vermişdir. Son 4 ildir ki, İlhamın ailəsinin saxlanılmasına qarşı laqeydlik göstərib qazandıqları pulu övladlarına deyil, şəxsi maraqlarına xərcləməsi, mütəmadi olaraq spirtli içki içib sərxoş halda mübahisələr etməsi səbəbindən 2021-ci ildə boşanmaq üçün Şabran şəhər məhkəməsinə müraciət etmişdir, müraciəti əsasında məhkəmənin qərarına əsasən onlar rəsmi qaydada boşanmışlar, boşandıqdan sonra məhkəmənin qərarına əsasən hər ikisinə hazırda yaşadıqları evdə yaşamaq hüququ verilmişdir. Lakin o İlhamın münaqişə yaradacağını bildiyinə görə uşaqları da götürərək kirayə ev tutub orada qalmağa başlamışlar. Onlar kirayə qaldıqları müddət ərzində İlham onlara heç bir maddi köməklik göstərməyib uşaqları ilə maraqlanmamışdır. 2022-ci ilin aprel ayında maddi çətinliyi ilə bağlı kirayə pulunu verə bilmədiyindən uşaqları da götürüb evə qayıtmışdır. Onlar bir müddət yaxşı olsalar da daha sonradan İlhamın yenə də əsassız münaqişələr yaratması səbəbindən aralarında soyuqluq yaranmışdır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhərində Rabitə texnikumunda oxuyan qızı Tamella evə gec gəldiyinə görə İlham onu danladıqda Tamella dərslərinin gec bitdiyinə, eləcə də yolda tıxac olduğuna görə evə gec gəldiyini desə də, İlham onun sözünə heç bir əhəmiyyət verməmişdir. İlham illərdir içki aludəçisidir, onu da, uşaqları da pis günə qoyur. Məcburən onunla bir yerdə qalır. Evin 2-ci mərtəbəsində qalırlar. Təqsirləndirilən şəxsə qanunauyğun cəza verilməsini xahiş edir. İşdə olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ramin Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti 5-ci PB-nə təqdim edilmişdir. İş materiallarında olan “Sərxoşluq hallarının tibbi müayinəsi haqqında” A/332 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vardır. İşdə olan məhkəmə-tibbi ekspertizasının 1741 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X2 bədəni üzərində aşağıdakə xəsarətlər vardır:təpə-ənsə nahiyyəsinin qançırı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əli ilə yetirilən zərbənin təsirindən əmələ yetirilə bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin X2 özü-özünə yetirilməsi az inandırıcıdır. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxsnın məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:05-də tutulmuşdur. Bu nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:05-dən tutulduğu və məhkəməyə təqdim edilənədək saxlandığı müddət nəzərə alınsın və üzərində qəti olaraq 250 (iki yüz əlli) manat cərimə cəzası saxlansın. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar