Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-616/2022 28.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində inzibati xəta haqqında 23 fevral 2022-ci il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs QSC 40000.00 ABŞ dolları məbləğində vəsaiti 09 yanvar 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 17965.06 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Buna görə də, Şəxs QSC barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 bildirdi ki, 23 fevral 2022-ci il tarixdə AR Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində inzibati Xətalar Məccəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. 03.06.2019-cu il və 03.07.2019-cu il tarixlərdə Şəxs MMC ilə “AGRA FOREST SAN. TİC. LTD. ŞTİ.” arasında alqı-satqı müqavilələri bağlanılmışdır. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Türkiyə Respublikasının “AGRA FOREST TARİM VE HAYVANCİLİK EKİPMANLARİ SAN. TİC. LTD ŞTİ” şirkəti arasında bağlanmış DD/19-01 saylı, 03.07.2019-cu il tarixli müqaviləyə əsasən 09 yanvar 2020-ci il tarixdə benefisiara köçürülən vəsaitin 17965.06 ABŞ dolları məbləğində hissəsi hesabına alınan mallar ölkəyə həmin müqavilənin şərtlərinə uyğun olaraq, “AGRA FOREST TARİM VE HAYVANCİLİK EKİPMANLARİ SAN. TİC. LTD ŞTİ” tərəfindən Şəxs MMC-nin ünvanına göndərilərək **********6547 və **********3991 nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilmişdir. “AGRA FOREST TARİM VE HAYVANCİLİK EKİPMANLARİ SAN. TİC. LTD ŞTİ” tərəfindən Şəxs QSC –nin ünvanına göndərilərək malların ölkəyə gətirildiyini təsdiq edən rəsmi sənədlər və gömrük bəyannamələri də bunu sübut edir. 09 yanvar 2020-ci il tarixdə benefisiara köçürülən vəsaitin 17965.06 ABŞ dolları məbləğində hissəsi hesabına alınan mallar ölkəyə həmin müqavilənin şərtlərinə uyğun olaraq, “AGRA FOREST TARİM VE HAYVANCİLİK EKİPMANLARİ SAN. TİC. LTD ŞTİ” tərəfindən Şəxs MMC-nin ünvanına göndərilərək **********6547 və **********3991 saylı gömrük bəyannamələri ilə idxal olunmasına baxmayaraq müvafiq qeydiyyat aparılmamışdır. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti həmin texniki səhvin aradan qaldırılması və müvafiq tədbirlər görülməsi üçün Banka müraciət etmişdir. “Expressbank” qeyd olunan bəyannamələri bankın möhürü ilə təsdiq etmişdir. Bunları nəzərə alaraq, Şəxs QSC barəsində tərtib edilmiş protokol qanunsuz və əsassız olduğuna görə xitam edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSCnin etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 23 fevral 2022-ci il tarixli, EP № ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan 29.07.2019-cu il tarixli, **********8944 nömrəli, 29.07.2019-cu il tarixli, **********8892 nömrəli, 05.08.2019-cu il tarixli, **********7934 nömrəli, 14.08.2019cu il tarixli, **********5320 nömrəli, 29.08.2019-cu il tarixli, **********3991 nömrəli, 31.10.2019-cu il tarixli, **********0065 nömrəli, 31.10.2019-cu il tarixli, **********0051 nömrəli, 07.11.2019-cu il tarixli, **********8215 nömrəli, 05.02.2020-ci il tarixli, **********6547 sorğu nömrəli gömrük bəyannamələrindən müəyyən olunur ki, 03.07.2019cu il tarixli, DD/19-01 saylı müqavilə üzrə 106166,00 ABŞ dolları, 37770,00 ABŞ dolları, 125813,00 ABŞ dolları, 44195,00 ABŞ dolları, 196765,00 ABŞ dolları, 56278,00 ABŞ dolları, 117243,62 ABŞ dolları, 48513,32 ABŞ dolları, 30000 ABŞ dolları məbləğində mallar “AGRO FOREST TARİM VE HAYVANCİLİK EKİPMANLARİ SAN.TİC.LTD.ŞTİ” tərəfindən Şəxs QSC-nin ünvanına göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə 20.02.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik 28.02.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs QSC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 23 fevral 2022-ci il tarixli, EP № ******* saylı protokola əsasən, Şəxs QSC və “AGRO FOREST TARİM VE HAYVANCİLİK EKİPMANLARİ SAN.TİC.LTD.ŞTİ” arasında bağlanmış 03.07.2019-cu il tarixli, DD/19-01 saylı müqavilə üzrə 40000.00 ABŞ dolları məbləğində vəsait “AGRO FOREST TARİM VE HAYVANCİLİK EKİPMANLARİ SAN.TİC.LTD.ŞTİ”-nin hesabına köçürülmüş, lakin 2 il müddət keçsə də, 17965,06 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ( xidməti) ölkəyə idxal etməmişdir. İş materiallarında olan 29.07.2019-cu il tarixli, **********8944 sorğu nömrəli, 29.07.2019-cu il tarixli, **********8892 sorğu nömrəli, 05.08.2019-cu il tarixli, **********7934 sorğu nömrəli, 14.08.2019-cu il tarixli, **********5320 sorğu nömrəli, 29.08.2019-cu il tarixli, **********3991 sorğu nömrəli, 31.10.2019-cu il tarixli, **********0065 sorğu nömrəli, 31.10.2019-cu il tarixli, **********0051 sorğu nömrəli, 07.11.2019-cu il tarixli, **********8215 sorğu nömrəli, 05.02.2020-ci il tarixli, **********6547 sorğu nömrəli gömrük bəyannamələrindən müəyyən olunur ki, 09 yanvar 2020-ci il tarixində xaricə köçürülmüş vəsait hesabına alınan mallar (xidmətlər) 2 il ərzində ölkəyə idxal edilmişdir. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 23 fevral 2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-616/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-616/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver