Məhkəmə qərarları › İş №3(060)-617/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-617/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-617/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Qasımova Xatirə Mürüvvət qızının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin sahə rəisi, X4 tərəfindən tərtib olunmuş 10.02.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qasımova Xatirə Mürüvvət qızı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin sahə rəisi, X4 tərəfindən tərtib olunmuş 10.02.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan şikayət verərək, həmin protokolun ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş fiziki şəxs Qasımova Xatirə Mürüvvət qızı şikayətini onunla əsaslandırmışdır ki, 10.02.2021-ci il tarixdə o, Sumqayıt şəhərindən Bakı şəhərinə Vita markalı sərnişin avtobusu ilə getdiyi zaman mikroavtobusda özünü pis hiss etməyə başlamış, ürəyi bulanmış, 20 yanvar dairəsi yaxınlığında nəzərdə tutulmuş dayanacaqdan düşüb yol qırağında yerləşən köşkdən nanəli saqqız alıb istifadə etmək üçün maskanı maskanı aşağı endirdiyi zaman köşkün yanında durmuş polis işçiləri onu saxlayıb maskadan düzgün istifadə etmədiyini bildirib onu cərmələmişlər. Həmin zaman o, polis işçilərinə ürəyi bulandığını, özünü pis hiss etdiyini, nanəli saqqız aldığını və saqqızdan istifadə etmək üçün aşağı endirdiyini bildirməyinə baxmayaraq onlar bunu nəzərə almayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə cərimə etmişlər. Barəsində tərtib edilmiş protokolun ləğv edilməsini xahiş etdi. İş materiallarından olan 10.02.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, qanunvericilikdə protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır, ona görə də, şikayət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qanunvericilikdə protokoldan şikayət verilməsi nəzərdə tutulmadığından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin sahə rəisi, X4 tərəfindən tərtib olunmuş 10.02.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan X2 tərəfindən verilmiş şikayət təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin sahə rəisi, X4 tərəfindən tərtib olunmuş 10.02.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan Qasımova Xatirə Mürüvvət qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar