Məhkəmə qərarları › İş №3(060)-617/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-617/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-617/2022 14.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti şöbəsinin inspektoru Nicat Qarayev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 518.1-ci maddəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialının müdiri Cəmaləddin Cəbrayılov barəsində 23 fevral 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 23.02.2022-ci il tarixdə ünvan 1 "xxxx" ASC-nin Sumqayıt filialında planlı YTM keçirilərkən müayinə zamanı YTM № 01-2001 - 5.1-5.6, 6.1-6.10 bəndlərinin tələblərinin pozulması aşkar olunmuşdur. İnzibati xəta haqqında protokol və materiallar 28.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 14 mart 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi nümayəndəsini məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilməyərək qeyd etdi ki, müvafiq yoxlama "xxxx" ASC-nin Sumqayıt filialında aparılmış, lakin yoxlama aparılmamışdan öncə "xxxx" ASC-yə məlumat verilməmişdir. Yoxlama nəticəsində YTM № 01-2001 - 5.1-5.6, 6.1-6.10 bəndlərinin tələbləri pozulması qeyd olunmuşdur. Nümayəndə "xxxx" ASC-nin və ya "xxxx" ASC-nin Sumqayıt filialının müdirinin barəsində inzibati tənbeh verilməsi barədə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC-nin Sumqayıt filialının müdiri X3 tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol və işdəki digər sənədlərlə təsdiq edilir. Ona görə də "xxxx" ASC-nin Sumqayıt filialının müdiri X3 İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 21.02.2022-ci il tarixli, 0486 nömrəli qərar və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən KY221706747 nömrəli çıxarışa əsasən Dövlət yanğın nəzarəti üzrə "xxxx" ASC planlı yoxlama suallarının siyahısında da qeyd olunmuşdur ki, təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyəti (YTQ № 01-2001 bənd 5.1-5.6); elektrik qurğularının normativ sənədlərin tələblərinə quraşdırılması və istismar vəziyyəti (YTQ № 01-2001 bənd 6.1-6.10) bəndlərinə uyğun deyildir. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında 21.02.2022ci il tarixli 0486 №-li qərardan görünür ki, "xxxx" ASC ünvan 1 ünvanda 21.02.2022-il tarixdən 25.02.2022-ci il tarixədək planlı müayinə aparılmışdır. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında 23.02.2022ci il tarixli 0486№-li aktdan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, H.Əliyev prospekti, ev 22/57-nin yanıda yerləşən "xxxx" ASC-nin Sumqayıt filialında yanğın texniki müayinəsi aparılmış, müayinə zamanı nöqsanlar aşkar olunmuşdur. YTM № 01-2001 - 5.1-5.6, 6.1-6.10 bəndlərinin tələbləri pozulması qeyd olunmuşdur “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.16-cı bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 235, 243.0.4, 268, 276, 277, 311, 518, 519, 536 və 543-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin Sumqayıt filialının müdiri barəsində Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti idarəsinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti şöbəsi tərəfindən qəbul edilmiş 23 fevral 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, müayinə zamanı təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyəti (YTQ № 01-2001 bənd 5.1-5.6); elektrik qurğularının normativ sənədlərin tələblərinə quraşdırılması və istismar vəziyyəti (YTQ № 01-2001 bənd 6.1-6.10) X1 bəndlərinə uyğun olmaması aşkar edilmişdir. Bununla da "xxxx" ASC-nin Sumqayıt filialının müdiri X3 İXMnin 518.1-ci maddəsinin tələblərini pozmuşdur. İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs "xxxx" ASC-nin Sumqayıt filialının müdiri X3 barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sumqayıt filialının müdiri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 100,00 (bir yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar